
İran Məclisinin sədri Məhəmməd Baqir Kalibaf Hürmüz Boğazının bundan sonra əvvəlki statusuna qayıtmayacağını bildirib.
BAKU.WS xəbər verir ki, Kalibaf İran dövlət televiziyasına açıqlamasında boğazdan keçən gəmilərdən beynəlxalq hüquq çərçivəsində göstərilən xidmətlər müqabilində ödəniş alınacağını qeyd edib.
O, Hürmüz Boğazının beynəlxalq hüquq və dənizçilik qaydalarına uyğun idarə olunacağını, lakin sahilyanı ölkələrin hüquqlarının da nəzərə alınacağını vurğulayıb.
Kalibaf həmçinin ABŞ ilə əldə olunan anlaşmaya etimadsızlığın davam etdiyini bildirərək, tərəflər arasında öhdəliklərin "addım qarşılığında addım" prinsipi ilə yerinə yetiriləcəyini deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.