Bu gün, 12:48 65

Mətbuat Şurası jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib

Mətbuat Şurası jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.

AVESTA.AZ xəbər verir ki, bu barədə report-a Mətbuat Şurasından bildirilib.

Qeyd edilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir:

"Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər".

Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır:

"Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir".

Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə aşağıdakı addımları atmağı tövsiyə edir:

"Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurun, hüquq-mühafizə orqanlarını məlumatlandırın. Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz.

Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə info@nca.az elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın.

İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsi ilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər.

Saxta hesabı WhatsApp platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur.

Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin".

Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır.

Paylaş

Xəbər lenti

Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb Bu gün, 13:50 Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək Bu gün, 13:49 İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 13:49 İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu Bu gün, 13:49 Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib Bu gün, 13:48 AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib Bu gün, 13:48 Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? Bu gün, 13:48 6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar Bu gün, 13:48 Bakıda tıxacları azaltmağın YENİ ÜSULU - Təmir işləri... Bu gün, 13:48 Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb Bu gün, 12:48 Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI Bu gün, 12:48 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib Bu gün, 12:48 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb Bu gün, 12:48 Yeni Lexus ES. zəriflik və innovasiyanın yeni nəsli Bu gün, 12:48 Mətbuat Şurası jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib Bu gün, 12:48 Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir? Bu gün, 12:48 Sabah rayonlarda yağış yağacaq Bu gün, 12:48 209 nömrəli avtobus yolda tüstü buraxaraq hərəkət edib Bu gün, 12:48 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi Bu gün, 11:48 Bakı-Abşeron qatarları nə vaxt metro tezliyində işləyəcək? - RƏSMİ CAVAB Bu gün, 11:48 Ülvi Mehdiyev: Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir Bu gün, 11:48 Ordubada qar yağıb - Faktiki hava Bu gün, 11:48 Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 11:48 ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər Bu gün, 11:48 Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib Bu gün, 11:48 Bunu edən avtobus sürücüləri işdən qovula bilər - RƏSMİ Bu gün, 11:48 Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür Bu gün, 10:48 Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır Bu gün, 10:48 Masazırda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 10:48 Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb Bu gün, 10:48 Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik" Bu gün, 10:48 Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi Bu gün, 10:48 "Sabah"ın futbolçusu: "Bu günü heç vaxt unutmayacağam" Bu gün, 09:48 Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu Bu gün, 09:48 Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb Bu gün, 09:48 UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq Bu gün, 09:48 Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var Bu gün, 09:48 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat Bu gün, 09:48 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var Bu gün, 09:48 Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib Bu gün, 09:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? Bu gün, 08:48 UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib Bu gün, 08:48 Bu gün Bakıda bəzi ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 ABŞ-dən Moskvaya yeni təklif: Putinlə görüşdə nələr müzakirə olunacaq? Bu gün, 08:48 57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR