
Nigeriyada Ebola virusuna ilk yoluxma faktı rəsmi şəkildə təsdiqlənib. Yoluxma halı ölkənin səhiyyə qurumlarının məlumatları əsasında açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "The Cable" nəşri məlumat yayıb.
Bildirilir ki, virusa yoluxan şəxs Uqandadan təyyarə ilə Nigeriyaya gələn qadındır.
Hazırda xəstə paytaxt Abucadakı özəl tibb müəssisəsində təcrid olunub və müalicə alır. Yoluxmuş şəxslə təmasda olan 44 nəfər müəyyən edilib. Yerli hökumət səhiyyə qurumlarını epidemioloji vəziyyətə qarşı maksimum hazırlıqlı və diqqətli olmağa çağırıb.
Qeyd edək ki, 2026-cı ilin mayında Konqo Demokratik Respublikasında Ebola virusunun geniş yayılması qeydə alınıb. Məlumatda həmin ölkədə yoluxma hallarının sayının 9 400-ü, ölüm hallarının isə 4 500-ü keçdiyi bildirilir.
Bundan əvvəl Keniyada Ebola virusuna yoluxmuş ilk xəstənin vəfat etdiyi barədə məlumat yayılmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.