
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İsveçrəyə rəsmi səfərə gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə onun ofisinə istinadən ABŞ mediası məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi Vaşinqton və Tehran arasında aparılan diplomatik təmaslar çərçivəsində görüşlər keçirməkdir. Bildirilir ki, Vens İsveçrədə İran nümayəndə heyəti ilə danışıqlarda iştirak edəcək.
Vitse-prezident səfər öncəsi açıqlamasında qeyd edib ki, İsveçrədə iki gündən artıq qalmayacaq və proqram əsasən danışıqlara həsr olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.