21-06-2026, 16:48 206

Sosial şəbəkələr deyil, nəzarətsizlik uşaqları təhlükəyə aparır

Son illərdə uşaqlar və yeniyetmələr arasında telefon və sosial şəbəkə istifadəsinin sürətlə artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında psixoloq, psixoterapevt Elmir Əkbər deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə azyaşlıların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı addımlar atılır:

"Mütəxəssislər hesab edirlər ki, bu cür məhdudiyyətlər müəyyən risklərin qarşısını almağa kömək etsə də, problemin əsas həlli ailədən və valideyn məsuliyyətindən başlayır. Sosial şəbəkələrdə yayılan zorakılıq, təhqir, kibertəqib, təhlükəli çağırışlar və müxtəlif manipulyativ məzmunlar uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bəzi hallarda yeniyetmələr internetdə rast gəldikləri təhlükəli oyunların və ya çağırışların təsiri altında özlərinə zərər verir, hətta intihara qədər gedib çıxan hadisələr baş verir. Mütəxəssislərin fikrincə, belə halların kökündə çox vaxt uşağın psixoloji vəziyyətinin vaxtında qiymətləndirilməməsi dayanır".

Psixoloq hesab edir ki, məsuliyyəti yalnız məktəbin, dövlətin və ya sosial şəbəkələrin üzərinə qoymaq düzgün yanaşma deyil:

"Uşağın davranışına görə ilk növbədə valideyn cavabdehdir. Valideyn övladı ilə sağlam və səmimi münasibət qurmalı, onun həm real həyatda, həm də rəqəmsal mühitdə davranışlarını izləməli və düzgün istiqamətləndirməlidir. Təəssüf ki, bütün ailələrdə valideyn-övlad münasibətləri eyni səviyyədə deyil. Bəzi uşaqlar problemlərini ailələri ilə bölüşə bilmir, nəticədə çıxış yolunu sosial şəbəkələrdə və ya təsadüfi virtual tanışlıqlarda axtarırlar. Bu isə onların müxtəlif risklərlə üzləşməsinə səbəb olur. Maraqlıdır ki, son illərdə cinayət törədən və ya cinayət qurbanına çevrilən yeniyetmələr arasında həm imkanlı, həm də imkansız ailələrdən olan uşaqlara rast gəlinir. Bu da göstərir ki, məsələ maddi imkanlardan çox, ailədaxili ünsiyyət və nəzarətlə bağlıdır".

E.Əkbər qeyd edib ki, uşaqların internetdə aqressiv davranış nümayiş etdirməsi, başqalarını təhqir etməsi və ya təhlükəli qruplara qoşulması çox vaxt onların daxili problemlərinin əlamətidir:

"Əgər valideyn övladı ilə açıq ünsiyyət qura bilirsə, uşaq sosial şəbəkədə hər hansı problem və ya narahatlıqla qarşılaşdıqda bunu ilk olaraq ailəsi ilə paylaşacaq. Mütəxəssislərin diqqət çəkdiyi digər vacib məqam isə psixoloji dəstəyin əhəmiyyətidir. Cəmiyyətdə hələ də psixoloq və psixoterapevtə müraciət etməyə qarşı müəyyən stereotiplər qalmaqdadır. Halbuki psixologiya insan davranışını və ruh halını öyrənən elm, psixoterapiya isə yaranmış problemlərin aradan qaldırılmasına kömək edən tibbi yanaşmadır. Buna baxmayaraq, bir çox insanlar peşəkar yardıma müraciət etmək əvəzinə müxtəlif qeyri-elmi üsullara üstünlük verirlər".

Psixoloq uşaqlar arasında baş verən bir çox mənfi halların qarşısını almaq üçün maarifləndirmənin əsas vasitələrdən biri olduğunu vurğulayıb:

"Valideynlər uşaqların yaş xüsusiyyətlərini, psixoloji ehtiyaclarını və rəqəmsal təhlükələri daha yaxşı tanımalıdırlar. Bu istiqamətdə media qurumlarının da rolu böyükdür. Məlumatlandırıcı materiallar valideynlərin mövcud risklər barədə məlumatlılığını artırır və onları daha məsuliyyətli davranmağa təşviq edir. Nəticə etibarilə, telefon və sosial şəbəkələr özlüyündə təhlükə mənbəyi deyil. Təhlükə onların nəzarətsiz və məqsədsiz istifadəsindən yaranır. Uşaqların sağlam inkişafı üçün ailə, məktəb, dövlət qurumları və media birlikdə fəaliyyət göstərməli, xüsusilə valideynlər övladları ilə etibarlı münasibət qurmağa çalışmalıdırlar. Bu halda uşaqlar həm virtual, həm də real həyatda qarşılaşdıqları risklərdən daha yaxşı qoruna bilərlər".

Paylaş

Xəbər lenti

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Bu gün, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Bu gün, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Bu gün, 17:48 Toni Kortes "Sabah"ın fenomeni haqqında: "Sərhədləri aşan hekayə" Bu gün, 17:48 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI Bu gün, 17:48 Ədliyyə Nazirliyi: Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır Bu gün, 17:48 Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb Bu gün, 16:48 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB Bu gün, 16:48 Kəlbəcərə dolu yağıb Bu gün, 16:48 SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 16:48 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək Bu gün, 16:48 SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb Bu gün, 16:48 Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır" Bu gün, 16:48 "Barselona"ya getmək istəyən Alvarezə Simeonedən gözlənilməz mesaj Bu gün, 16:48 BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb! Bu gün, 15:48 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib Bu gün, 15:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı Bu gün, 15:48 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb Bu gün, 15:48 Laçında İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək – 9,9 milyonluq LAYİHƏ Bu gün, 15:48 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub Bu gün, 15:48 Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik Bu gün, 15:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib Bu gün, 15:48 "Pafos"da son oyunları buraxan Murad Məmmədov 2-3 həftəyə yaşıl meydanlara qayıdacaq Bu gün, 15:48 "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib Bu gün, 15:48 Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək Bu gün, 14:48 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı Bu gün, 14:48 SOCAR-ın idarəsi 7 ayda qeyri-neft ixracından 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 14:48 Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Nigar Fərhad sərbəst buraxıldı Bu gün, 14:48 Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu Bu gün, 14:48 Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir Bu gün, 14:48 Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə yazdı Bu gün, 14:48 Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır Bu gün, 14:48 Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ Bu gün, 14:48 Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın Bu gün, 13:48 Norveç kralı V Harald vəfat etdi Bu gün, 13:48 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi Bu gün, 13:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu Bu gün, 13:48 Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq Bu gün, 13:48 Azərbaycanda 1 milyon 100 min pensiyaçı var Bu gün, 13:48 Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 13:48 Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək Bu gün, 13:48 ADY: Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb Bu gün, 12:48 Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək Bu gün, 12:48 Şükürbəyli və Horovluya qayıdan ailələrə evlərin açarları təqdim edilib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR