2-06-2025, 21:48 519

Orta məktəblərdə nə baş verir?

Son dövrlər gənclər və yeniyetmələr arasında aqresivlik artır. İş o yerə çatıb ki, hətta son günlər orta məktəblərdə ard-arda dava və bıçaqlanma halları baş verib.

Bəs qeydə alınan cinayətlərin əsas səbəbi nədir?

Bununla bağlı sosial şəbəkələrdə və cəmiyyətdə müxtəli fikirlər səslənib. Kiminə görə əsas səbəb internet resurslarında yayılan informasiyaların gənclərə təsiridir. Bəziləri bunun orta məktəblərdə aparılan təlim-tərbiyənin keyfiyyətinin aşağı düşməsi əlaqələndirir.

Bəs mütəxəssislər nə düşünür?

Orta məktəblərin birində psixoloq işləyən Aytən Həsənova BAKU.WS-ə açıqlamasında bildirdi ki, uşaqlar arasında aqressiyanın artmasının bir neçə əsas səbəbi var:

"Bunlar sistemli və fərdi amillərlə əlaqəlidir:

Ailə mühiti: Bildiyimiz kimi,ailə uşağın ilk sosiallaşma mühitidir.Uşağın yaşadığı ailədə zorakılıq, diqqətsizlik, sevgisizlik,münaqişələr və s. aqressiv davranışların yaranmasına zəmin yarada bilər. 

Sosial və iqtisadi faktorlar: Maddi sıxıntılar, sosial bərabərsizlik, valideynlərin işsizliyi və s. uşaqların psixoloji rifahına mənfi təsir göstərir.

Məktəb mühiti: Məktəbdə müəllim-şagird münasibətləri, fiziki mühitin zəifliyi, intizam problemləri və emosional dəstəyin çatışmazlığı uşaqların stresini artırır və aqressiyanı çıxış yolu kimi göstərir.   Sosial media və texnologiya təsiri: Zorakılığın normallaşdırıldığı oyunlar, videolar və sosial şəbəkələrdə kiberzorakılıq halları uşaqların empati hissinin azalmasına və aqressiv davranışların artmasına səbəb olur.

Psixoloji problemlər: Davamlı emosional tənzimləmə çətinliyi,impulsivlik və s. aqressiv reaksiyalarla nəticələnə bilər".

Aytən Həsənova orta məktəblərin psixoloji durumunu belə şərh edib:

"Hazırda bir çox orta məktəbdə psixoloji durum narahatedici səviyyədədir və bu, müxtəlif səviyyələrdə müşahidə olunur:

Şagirdlərdə emosional yüklənmə artıb: Gələcəyə dair qeyri-müəyyənlik, akademik təzyiqlər, sosial münasibətlərdə çətinliklər, bəzən psixoloji dəstək çatışmazlığı şagirdlərin özlərini narahat, depressiv və ya aqressiv hiss etməsinə səbəb olur.

Müəllimlərdə tükənmişlik hallarına rast gəlinir: Psixoloji dəstəyin müəllimlər üçün də yetərli olmaması,(bəzən bundan imtina etmələri),artan məsuliyyət   onların emosional dayanıqlığını zəiflədir.

Valideynlərin bəzən məktəb həyatında passiv iştirak etməsi, psixoloqla əməkdaşlığa açıq olmamaları məktəbin psixoloji iqlimini mənfi təsir altına salır.

Zorakılıq hallarının artması: Məktəbdaxili zorakılıq, kiberzorakılıq və sosial münasibətlərdə təhqir və təcridetmə hallarının artması məktəb psixoloji iqlimini təhlükə altına alır".

Bəs problemin qarşısını almaq üçün məktəblərdə psixoloji xidmət hansı istiqamətdə gücləndirilməlidir?

Aytən Həsənova deyir ki, ilk növbədə profilaktik tədbirlər artırılmalıdır:

"Emosional tənzimləmə, stressin idarə olunması, sosial bacarıqların inkişafı ilə bağlı qrupla psixoloji işlər təşkil olunmalıdır.

Valideynlər üçün seminarlar, təlimlər keçirilməli, psixoloq-valideyn əməkdaşlığı möhkəmləndirilməlidir.

Müəllimlərə şagirdlərin psixoloji ehtiyaclarını tanımaq və düzgün yanaşma yolları haqqında təlimlər verilməlidir.

Müəllim-psixoloq əməkdaşlığı sistematik və məqsədli olmalıdır".

Aytən Həsənova onu da vurğulayıb ki, məktəblərdə psixoloqların iş yükünü tənzimləmək lazımdır:

"Hər psixoloqa düşən şagird sayı nizamlanmalıdır. Bir psixoloqa həddən artıq şagird düşür. Bu da onun hər bir şagirdin psixoloji ehtiyacını vaxtında və səmərəli şəkildə müəyyənləşdirib müdaxilə etməsini mümkünsüz edir. Hələ üstəlik də psixoloq həm müəllim , həm də valideynlərlə işləməlidi.Bu səbəbdən, belə bir nisbət psixoloji xidmətin effektivliyini və təsir dairəsini əhəmiyyətli dərəcədə azaldır.

Psixoloqların peşəkar inkişafı üçün daimi treninqlər, superviziya və dəstək sistemlərin qurulması məqsədə müvafiqdir.

Məktəb psixoloqunun iş fəaliyyətinə tədris saatlarının daxil  edilməsi,onun şagirdlərlə daha sistemli və davamlı əlaqə qurmasına imkan yaradar. Bu, psixoloqun həm profilaktik, həm də müdaxiləyə yönəlik fəaliyyətini gücləndirər və şagirdlərin psixoloji ehtiyaclarının daha dərindən öyrənilməsinə şərait yaradar".

Ziya SƏCCAD

Paylaş

Xəbər lenti

SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Bu gün, 15:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Oktyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət Bu gün, 15:48 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Bu gün, 15:48 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU Bu gün, 15:48 Yasamalda çörək emalı müəssisəsi bağlandı Bu gün, 15:48 Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 NETTY2026 ərizə qəbulu elan edir Bu gün, 15:48 Yeni mənzil alanların DİQQƏTİNƏ - Enerji pasportu qiymətləri necə dəyişəcək? Bu gün, 15:48 Tramp Kanada ilə ticarət sazişinin imzalanmasına yaxın olduqlarını açıqlayıb Bu gün, 14:48 SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb Bu gün, 14:48 Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər Bu gün, 14:48 SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb Bu gün, 14:48 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı Bu gün, 14:48 HONOR X9e Pro: Sərhədlərə meydan oxu Bu gün, 14:48 Azərbaycanda bu şəxslər üçün bəzi xidmətlər pulsuz ola bilər Bu gün, 14:48 Azərbaycanda bu sürücülər üçün imtahan keçiriləcək - DİM açıqladı Bu gün, 13:49 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Bu gün, 13:49 Sabah Bakıda 23 dərəcə isti olacaq Bu gün, 13:48 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia Bu gün, 13:48 ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb Bu gün, 13:48 Dəniz quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirdi Bu gün, 13:48 Nənələrin sevimli aksesuarı yenidən dəbə minir Bu gün, 13:48 Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI Bu gün, 13:48 "Qırmızı kitab"a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib Bu gün, 13:48 Əvvəl 9 idi, indi 26 oldu - İstilik mövsümünə tez başlanılan rayonların sayı artırıldı Bu gün, 12:48 İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb Bu gün, 12:48 Əziz Ələkbərli: Qərbi Azərbaycana köçürülən ermənilər əcdadlarımıza məxsus dini abidələri ələ keçiriblər Bu gün, 12:48 Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq? Bu gün, 12:48 Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir Bu gün, 12:48 Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib Bu gün, 12:48 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - RƏSMİ Bu gün, 12:48 Oğuzda meşədə yanmış kişi meyiti tapılıb Bu gün, 11:48 BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib Bu gün, 11:48 Pensiya alanların DİQQƏTİNƏ: Gələn il artımlar belə hesablancaq Bu gün, 11:48 Sumqayıtda 5 maşın toqquşdu - Zəncirvari qəza Bu gün, 11:48 Harri Keyn üçün qızıldan butslar hazırlandı Bu gün, 11:48 Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir Bu gün, 10:48 İşdən çıxarılan şəxslərin kreditini dövlət ödəyəcək - ŞAD XƏBƏR Bu gün, 10:48 Azərbaycan sərhədçilərinə atəş açan şəxs zərərsizləşdirildi - Foto Bu gün, 10:48 BDU: Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək Bu gün, 10:48 Kimi Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub Bu gün, 10:48 ABŞ-də biznes-jet yaşayış massivinə çırpıldı: 9 nəfər ölüb Bu gün, 09:48 Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək Bu gün, 09:48 Nazirlər Milli Məclisə toplaşırlar Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir Bu gün, 09:48 "28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb Bu gün, 09:48 Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR