22-06-2026, 22:48 168

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb?

Zərdab rayon sakini Səddam Teyyubzadə səhhətində problem olmasına baxmayaraq, hərbi xidmətə çağırıldığını bildirir.

Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, ona hələ 2013-cü ildə hərbi həkim heyətinin yoxlanışı zamanı anadangəlmə ürək qüsuru diaqnozu qoyulub. Son 13 il ərzində müayinələrdən keçdiyini bildirən S.Teyyubzadə 2026-cı ilin aprelində aparılan təkrar yoxlanış zamanı hərbi xidmətə yararlı hesab olunduğunu vurğulayıb.

Şikayətçi Səddam Teyyubzadə məsələ ilə bağlı narazılığını belə ifadə edib: "Cari ilin 22 aprel tarixində keçdiyim sonuncu müayinənin nəticələri - xəstəliyimlə və ya xidmətə yararlı olmağımla bağlı rəy mənə təqdim olunmur. Yeganə istəyim odur ki, yenidən obyektiv həkim komissiyası təyin edilsin və ürəyimlə bağlı narahatlığım düzgün şəkildə yoxlanılsın. Əgər hərbi xidmətə yararlı olduğum sübuta yetirilərsə, xidmət etməyə hazıram".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Səddam Əsəd oğlu Teyyubzadənin ilkin olaraq 19 iyun 2025-ci il tarixdə Agentlikdə yekun tibbi müayinəsi aparılıb:

"Vətəndaşın kardioloji müayinə nəticələrinə əsasən, həmçinin əlavə olaraq sağlamlıq vəziyyətində rəngbərəng dəmrov diaqnozu müəyyən edildiyindən hərbi xidmətə müvəqqəti yararsız olması barədə qərar qəbul edilərək 6 aylıq möhlət müddəti verilib. Səddam Teyyubzadəyə təyin olunan möhlət müddəti başa çatdıqdan sonra növbəti dəfə yenidən Agentlikdə əyani müayinəsi aparılıb.

Vətəndaşın müayinə nəticələrinə əsasən, hazırkı sağlamlıq vəziyyətində birincidərəcəli "prolaps" diaqnozu müəyyən edilib ki, bu da müvafiq qanunvericiliyə uyğun olaraq ona hərbi xidmətə çağırışda möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır. Bu səbəbdən də vətəndaşın sıradankənar hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilib".

Paylaş

Xəbər lenti

Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib Bu gün, 19:48 Niderlandlı futbolçu Ernest Poku "Beşiktaş"a keçir Bu gün, 19:48 Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib Bu gün, 19:48 Dələduzluqda təqsirləndirilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib Bu gün, 19:48 Fuad Hüseynəliyev: Süni intellekt gənclərə tarixi çatdırmaqda mühüm vasitə ola bilər Bu gün, 18:48 Paşinyan müxalifəti hərbi müdaxilələr hazırlamaqda ittiham edib Bu gün, 18:48 Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb Bu gün, 18:48 Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb Bu gün, 18:48 Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib Bu gün, 17:48 Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 17:48 Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? Bu gün, 17:48 Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib Bu gün, 17:48 Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib Bu gün, 17:48 Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub Bu gün, 17:48 Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib Bu gün, 17:48 "Qazaxıstan" telekanalı Azərbaycanla birgə media layihələrində maraqlıdır Bu gün, 17:48 "McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb Bu gün, 17:48 Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu Bu gün, 17:48 Bred Pitt: "Evləndiyim üçün çox peşmanam, gərək... " Bu gün, 17:48 Bakıdan Daşkəndə uzanan qardaşlıq yolu: Azərbaycan–Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - ŞƏRH Bu gün, 16:48 Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib Bu gün, 16:48 Azercell qadınları dəstəkləyən müsabiqə elan edir Bu gün, 16:48 Kərim Vəliyev pakistanlı həmkarı ilə hərbi təhsillə bağlı müzakirələr aparıb Bu gün, 16:48 Eldar Hacıbalayev vəzifəsindən azad edildi Bu gün, 16:48 Bakıda gecə klubunda baş verən yanğın söndürülüb Bu gün, 16:48 Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib Bu gün, 16:48 Bakıda uşaq əyləncə mərkəzi Moka Land-də "1+1" aksiyası – ikinci uşaq pulsuz Bu gün, 16:48 İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM Bu gün, 16:48 "Azəripək" "Azərxalça"ya birləşdirilib Bu gün, 16:48 Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Bu gün, 16:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb Bu gün, 15:48 AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib Bu gün, 15:48 Son yeddi ayda 83 uşaq övladlığa verilib Bu gün, 15:48 "Qarabağ"ın zədəli futbolçularının durumu açıqlanıb, Elvin Cəfərquliyev əməliyyat olunacaq Bu gün, 15:48 Təhsil müəssisələrində çalışmaq istəyənlərin NƏZƏRİNƏ: İşə qəbul müsabiqəsinə start verilir Bu gün, 15:48 Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib Bu gün, 15:48 Ötən il Azərbaycanda 481 körpə ölü doğulub Bu gün, 15:48 Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb Bu gün, 15:48 Bu tarixlərdə temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Xalq artisti Tofiq Bakıxanov dəfn olunub Bu gün, 14:48 Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib Bu gün, 14:48 Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram Bu gün, 14:48 Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ Bu gün, 14:48 Vətəndaşların adlarına saxta şirkətlər açaraq milyonlar mənimsəyən dəstənin məhkəməsi başlayıb Bu gün, 14:48 Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb Bu gün, 14:48 Bakı–Ağstafa qatarlarında yenilik Bu gün, 14:48 Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir" Bu gün, 14:48 7/24 hərəkətdə olan Jeacoo J8 artıq 19 900 km qət edib! Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR