
Xalq artisti Tofiq Bakıxanov dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
*** 12:55
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak ediblər.
Mərhumun nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılır.
*** 11:15
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.