Bu gün, 13:48 49

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Daşkənddə "İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər" beynəlxalq mediaforumunun ikinci günündə "Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi mənaları" adlı plenar sessiya keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, xəbər verir ki, tədbir Özbəkistanın İslam Sivilizasiyası Mərkəzində baş tutub.

Sessiya zamanı iştirakçılar Özbəkistanın tarixi və mədəni irsinin qorunması və populyarlaşdırılması məsələlərini, İslam sivilizasiyası haqqında biliklərin təbliğində müasir medianın rolunu, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı müzakirə ediblər.

Özbəkistan Ali Məclisi Senatının və Yazıçılar İttifaqının üzvü, "İşonç" və "İşonç-Doveriye" qəzetlərinin baş redaktoru Husan Ermatov xaricdəki özbək diasporunun ölkənin inkişafına verdiyi töhfəni qeyd edib. O, həmçinin ABŞ-də "Millətin qüruru" kitabının təqdimatı barədə danışıb və ABŞ, Cənubi Koreya və Çindən onun tərcüməsi ilə bağlı daxil olan sorğular barədə məlumat verib.

"Mueller&Schindler" nəşriyyat evinin vitse-prezidenti Aleksandr Vilhelm müxtəlif tarixi dövrlərdə və İslam dünyasının regionlarında yaradılmış 114 Quran əlyazmasının unikal faksimile nəşrinin hazırlandığını bildirib.

Onun sözlərinə görə, layihəyə orijinalların rəngləri və zərli bəzəklərinin maksimum dəqiqliklə əks olunduğu 400-ə yaxın əlyazma səhifəsi daxil ediləcək.

Rusiya kinostudiyasının nümayəndəsi Özbəkistanın tarixinə və mədəni irsinə həsr olunmuş beynəlxalq kino layihəsinin başa çatdığı barədə danışıb.

Onun sözlərinə görə, filmin ideyası Firdavs Abduxalikovun təşəbbüsü ilə yaranıb, layihə üzərində işdə isə özbək kinematoqrafçıları və "Özbəkfilm"in əməkdaşları iştirak ediblər.

İslam Əməkdaşlıq Təşkilatı nəzdindəki İnformasiya Agentlikləri İttifaqının protokol və ictimaiyyətlə əlaqələr üzrə direktoru Səud Əbdül-Bədi (Səudiyyə Ərəbistanı) İslam irsinin qorunub saxlanılması üçün gənc nəslə sərmayə qoymağın vacibliyini vurğulayıb.

"Biz irsimizin qorunmasına böyük sərmayə yatırırıq. Amma bunu yaşatmağa davam edəcək şəxslərə də sərmayə yatırmaq vacibdir", - o qeyd edib.

İslam Sivilizasiyası Mərkəzinin elmi işçisi Rövşən Xudayberqanov Özbəkistanın ən qədim dövrlərdən günümüzə qədər inkişafını əks etdirən tarixi-mədəni irs atlasını təqdim edib.

Atlas Özbəkistanın tarixi-mədəni xəritələrinə, ölkə şəhərlərinin tarixi obyektlərinə, İslam kartoqrafiya irsinə və Avropanın tarixi xəritələrində Mərkəzi Asiyaya həsr olunmuş dörd fəsildən ibarətdir.

"Oman Observer" qəzetinin baş redaktoru Əl-Şidi Asim bin Salim bin Xamis (Oman) İslam haqqında stereotiplərin dağıdılmasında və onun prinsiplərinin gənc nəslə anlaşılan formada çatdırılmasında medianın rolunu qeyd edib.

Xəttat, İslam Sivilizasiyası Mərkəzinin nəzdindəki xəttatlıq məktəbinin direktoru Həbibullo Solih Özbəkistanın əlyazma irsinin yeni nəsillərə ötürülməsinin zəruriliyini bildirib. O, ən əhəmiyyətli əlyazmaların öyrənilməsi, toplanması və müəyyən edilməsinin vacibliyini qeyd edib.

"Mueller&Schindler" nəşriyyatının prezidenti Şarlotta Kramer (Avstriya) müasir Özbəkistan, onun tarixi, mədəniyyəti və nailiyyətləri haqqında kitabı təqdim edib. Onun sözlərinə görə, özbək və rus dillərində hazırlanmış nəşr ölkənin bir növ vizit kartına çevrilə və onun irsinin xaricdə populyarlaşmasına kömək edə bilər.

Sessiya iştirakçıları həmçinin mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini və dünya auditoriyasını Özbəkistanın tarixi və mədəniyyəti ilə tanış etmək üçün müasir media formatlarından istifadənin zəruriliyini qeyd ediblər.

Paylaş

Xəbər lenti

Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq" Bu gün, 14:48 Sabah Biləsuvarın 6 kəndində qaz olmayacaq Bu gün, 14:48 Yerli turizm sənayesi nümayəndələri Qarabağa tanışlıq səfəri ediblər Bu gün, 14:48 Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib Bu gün, 14:48 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub Bu gün, 14:48 "Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb Bu gün, 13:48 Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq Bu gün, 13:48 Azərbaycanın bank sektorunun xalis mənfəəti 26 %-ə yaxın artıb Bu gün, 13:48 Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq Bu gün, 13:48 Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 37 %-ə yaxın artıb Bu gün, 13:48 Ötən gün 25 nəfər saxlanılıb Bu gün, 13:48 Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib Bu gün, 13:48 Azərbaycan-Gürcüstan sərhədində SON VƏZİYYƏT Bu gün, 13:48 İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST Bu gün, 12:48 Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş Bu gün, 12:48 Tanınmış vəkilin məmur qardaşı ağır xəstəlikdən öldü Bu gün, 12:48 Azərbaycanda bu ad cəmi 3 uşağa verilib Bu gün, 12:48 Azərbaycanda 7 ayda dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib Bu gün, 12:48 İllərin dostluğunu pozan mahnı: "Laçınım"ın müəllifi gizli məqamlardan danışdı Bu gün, 12:48 Bu şəhərin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 12:48 Çempionlar Liqası: "Sabah" təsnifat mərhəsinin ən intizamlı komandası olub Bu gün, 12:48 Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırılıb Bu gün, 12:48 Xırdalanda körpə 7-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 11:48 Prezident İlham Əliyev "Sabah"ı təbrik edib Bu gün, 11:48 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ Bu gün, 11:48 Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər Bu gün, 11:48 Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ Bu gün, 11:48 Bu il ali məktəbə qəbul olunan ən yaşlı tələbənin 58 yaşı var Bu gün, 11:48 Tamstore 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub Bu gün, 11:48 Türkiyəli teleaparıcı: Media Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır Bu gün, 11:48 Bakıda avtobus 3 maşını əzib hasara çırpıldı Bu gün, 11:48 Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB Bu gün, 10:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə Baş Dövlət Yol Polisi İdarəsindən REAKSİYA Bu gün, 10:48 Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb Bu gün, 10:48 Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib Bu gün, 10:48 Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb Bu gün, 10:48 Azərbaycanda istiqraz bazarının təkrar seqmenti avtomatlaşdırılır Bu gün, 10:48 Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 10:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək Bu gün, 10:48 Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər Bu gün, 10:48 Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq həbs edilib Bu gün, 09:48 Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı Bu gün, 09:48 Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib Bu gün, 09:48 AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq Bu gün, 09:48 Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı Bu gün, 09:48 ADB Azərbaycanda sərhəd-keçid məntəqələrini modernləşdirməyə pul ayıracaq Bu gün, 09:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR