
Futbol üzrə Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.
37 yaşlı mütəxəssis Enshede komandasının "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində klubun qaldığı otelə yollanıb.
V.Cavadov 2010/2011 mövsümündə "Tvente"nin formasını geyinib.
Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.