
Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 11:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin N.Naxçıvani küçəsinin və saat 15:00-dan işlər yekunlaşanədək Əliabad qəsəbəsinin qaz təchizatında fasilə olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.