
Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 10:00-dan işlər yekunlaşanadək Şərur rayonunun Axaməd, Maxta və Kərimbəyli kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanadək Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.