1-07-2026, 20:48 171

Emi Karlon: Vaşinqton və Bakının səyləri Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasına yönəlib

ABŞ ilə Azərbaycanın əməkdaşlığı Cənubi Qafqazın Şərqlə Qərbi birləşdirən, ticarət-iqtisadi artıma və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, qarşılıqlı əlaqəli və qlobal iqtisadiyyata inteqrasiya olunmuş regiona çevrilməsinə yönəlib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən qəbulda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş tarixi görüş bunun üçün əsas olub.

"ABŞ Prezidenti Donald Trampın və dünya ictimaiyyətinin iştirakı ilə Bakı və İrəvan onilliklər boyu davam edən münaqişəni geridə qoymaq imkanı əldə etdilər. Onlar qarşıdurmaya deyil, qarşılıqlı əlaqəyə, əməkdaşlığa və rifaha əsaslanan bir gələcək qurmaq öhdəliyini öz üzərlərinə götürdülər", - diplomat vurğulayıb.

O qeyd edib ki, yeni imkanlar artıq "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) təşəbbüsü, eləcə də ABŞ və Azərbaycanın Strateji tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

Karlonun sözlərinə görə, fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Strateji tərəfdaşlıq haqqında Xartiya üç istiqamətə əsaslanır: regional qarşılıqlı əlaqə, iqtisadi investisiyalar və innovasiyalar, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq.

Diplomat vurğulayıb ki, ABŞ Azərbaycanla energetika, süni intellekt sahəsi, verilənlərin emalı mərkəzlərinin yaradılması və digər qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

"Bunlar uzaq gələcəyin planları deyil - biz onları artıq bu gün həyata keçiririk", - o bildirib.

Karlon xatırladıb ki, ötən ay Bakı Enerji Həftəsi və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri azərbaycanlı tərəfdaşları ilə müasir materiallar, süni intellekt, bulud hesablamaları və digər yeni nəsil texnologiyaları sahələrində dəyəri 8 milyard dollardan çox olan sazişlər imzalayıblar.

Onun sözlərinə görə, bu investisiyalar, TRIPP təşəbbüsü və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi sayəsində Cənubi Qafqaz sülhə doğru dönməz yola qədəm qoya bilər.

Diplomat həmçinin qeyd edib ki, ABŞ Azərbaycan xalqını öz tərəfdaşı hesab edir və iki ölkə arasındakı humanitar əlaqələri yüksək qiymətləndirir. O xatırladıb ki, minlərlə Azərbaycan vətəndaşı Amerikanın mübadilə proqramlarında iştirak edib, yerli qurumlarla əməkdaşlıq edib və ABŞ universitetlərində təhsil alıb.

"Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasında olmuşuq. Son 35 il ərzində Birləşmiş Ştatlar sülh və sabitlik naminə investisiyaları, dialoqu və diplomatiyanı dəstəkləyib və daha sıx əlaqəli, firavan və təhlükəsiz gələcək naminə birgə işi davam etdirəcək", - Karlon deyib.

Paylaş

Xəbər lenti

Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib Bu gün, 17:48 Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 17:48 Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? Bu gün, 17:48 Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib Bu gün, 17:48 Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib Bu gün, 17:48 Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub Bu gün, 17:48 Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib Bu gün, 17:48 "Qazaxıstan" telekanalı Azərbaycanla birgə media layihələrində maraqlıdır Bu gün, 17:48 "McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb Bu gün, 17:48 Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu Bu gün, 17:48 Bred Pitt: "Evləndiyim üçün çox peşmanam, gərək... " Bu gün, 17:48 Bakıdan Daşkəndə uzanan qardaşlıq yolu: Azərbaycan–Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - ŞƏRH Bu gün, 16:48 Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib Bu gün, 16:48 Azercell qadınları dəstəkləyən müsabiqə elan edir Bu gün, 16:48 Kərim Vəliyev pakistanlı həmkarı ilə hərbi təhsillə bağlı müzakirələr aparıb Bu gün, 16:48 Eldar Hacıbalayev vəzifəsindən azad edildi Bu gün, 16:48 Bakıda gecə klubunda baş verən yanğın söndürülüb Bu gün, 16:48 Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib Bu gün, 16:48 Bakıda uşaq əyləncə mərkəzi Moka Land-də "1+1" aksiyası – ikinci uşaq pulsuz Bu gün, 16:48 İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM Bu gün, 16:48 "Azəripək" "Azərxalça"ya birləşdirilib Bu gün, 16:48 Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Bu gün, 16:48 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb Bu gün, 15:48 AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib Bu gün, 15:48 Son yeddi ayda 83 uşaq övladlığa verilib Bu gün, 15:48 "Qarabağ"ın zədəli futbolçularının durumu açıqlanıb, Elvin Cəfərquliyev əməliyyat olunacaq Bu gün, 15:48 Təhsil müəssisələrində çalışmaq istəyənlərin NƏZƏRİNƏ: İşə qəbul müsabiqəsinə start verilir Bu gün, 15:48 Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib Bu gün, 15:48 Ötən il Azərbaycanda 481 körpə ölü doğulub Bu gün, 15:48 Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb Bu gün, 15:48 Bu tarixlərdə temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Xalq artisti Tofiq Bakıxanov dəfn olunub Bu gün, 14:48 Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib Bu gün, 14:48 Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram Bu gün, 14:48 Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ Bu gün, 14:48 Vətəndaşların adlarına saxta şirkətlər açaraq milyonlar mənimsəyən dəstənin məhkəməsi başlayıb Bu gün, 14:48 Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb Bu gün, 14:48 Bakı–Ağstafa qatarlarında yenilik Bu gün, 14:48 Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir" Bu gün, 14:48 7/24 hərəkətdə olan Jeacoo J8 artıq 19 900 km qət edib! Bu gün, 13:48 Adil Kərimli: "Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib" Bu gün, 13:48 Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi başa çatıb Bu gün, 13:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələr 17 milyon manatdan çox rüsumdan azadolma əldə edib Bu gün, 13:48 "Qarabağ" "Tvente" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib Bu gün, 13:48 Mərhum Xalq artistinin abidəsi adi olmayacaq Bu gün, 13:48 Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub Bu gün, 13:48 DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb Bu gün, 13:48 Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR