
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
İclasda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorları iştirak ediblər.
İclas çərçivəsində Türkiyə–Azərbaycan Universitetinin illik hesabatı, eləcə də inkişaf perspektivləri müzakirə edilib.
İyulun 6-da Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib.
— Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (@tehsilgovaz) July 6, 2026
İclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak… pic.twitter.com/lp5uRkJZXd
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.