9-07-2026, 15:48 152

Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı

Məlumdur ki, tarixi prosesləri siyasətçilər yox, tarixçilər araşdırmalıdır. Keçmişdə baş verən, xüsusən də təkzibedilməz faktlara əsaslanmayan hadisələr gündəlik maraqlar üçün alətə çevrildikdə tarix yerini miflərə verir. Siyasiləşdirmə elmi araşdırmaları manipulyasiya ilə əvəz edir, tərəfdaş ölkələrlə ziddiyyətlər yaradır və həqiqətin üzə çıxmasına mane olur.

BAKU.WS xəbər verir ki, bu barədə Haqqın.az-da dərc edilən məqalədə qeyd olunub. Bildirilib ki, eyni vəziyyət İsrail hökumətinin Osmanlı imperiyasında baş vermiş 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq istiqamətində atdığı kəskin addım zamanı da təkrarlanıb.

İyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən "Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında ermənilərin kütləvi qətllərinin soyqırımı olaraq tanınması" təşəbbüsünə dəstək verdi. Bu qərar İsrail və Türkiyə arasında münasibətlərin davamlı şəkildə pisləşməsi fonunda atılan növbəti addım idi.

İsrail hökumətinin bu təşəbbüsü Azərbaycan tərəfi üçün gözlənilməz və xoşagəlməz hal oldu. Dövlətlərimiz arasındakı sıx tərəfdaşlıq əlaqələrini, eləcə də Türkiyə-İsrail münasibətlərinin bərpasında Azərbaycanın vasitəçilik rolunu nəzərə alsaq, Bakının əvvəlcədən məlumatlandırılmaması diqqət çəkdi. İsrail tərəfinin bu qərarı ölkəmizi fakt qarşısında qoydu. Dövlətlərarası münasibətlərin xarakteri fonunda İsrail tərəfindən Azərbaycanın maraqlarının və narahatlıqlarının nəzərə alınmaması sürpriz oldu. Təl-Əviv Ankara ilə münasibətlərdəki gərginlik səbəbindən bu təşəbbüsün Azərbaycan-Türkiyə xüsusi əlaqələri fonunda Azərbaycan cəmiyyətində yaradacağı reaksiyanı, həmçinin Azərbaycan-İsrail münasibətlərinə verə biləcəyi təsirləri düzgün hesablamamışdı.

Azərbaycan İsrailin bu cəhdinə reaksiya verən ilk və yeganə dövlət oldu. İyunun 29-da Azərbaycanın xarici siyasət idarəsi bəyanat yayaraq, İsrail hökumətinin "erməni soyqırımı"nı tanımaq qərarını kəskin şəkildə pislədi və rəsmi Təl-Əvivi bu addıma yenidən baxmağa açıq şəkildə çağırdı.

"İsrail hökumətinin qondarma erməni soyqırımı ilə bağlı qərarı ciddi narahatlıq doğurur. 1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan kənarda siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu cür addımlar sülh və qarşılıqlı anlaşmaya deyil, mövcud ixtilafların daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışın təmin edilməsi səylərinə mane olur. İsrail hökumətini bu qərara yenidən baxmağa çağırırıq", - deyə Azərbaycan XİN-in bəyanatında qeyd edilirdi.

Nazirlik vurğulayıb ki, Azərbaycan tarixi gerçəkliklərin qorunması, beynəlxalq hüquq normalarına hörmət edilməsi və regionda davamlı sülhün təşviqi ilə bağlı mövqeyinə bundan sonra da sadiq qalacaq.

Bəyanatın üslubu özlüyündə çox mənalı idi. Bu, heç kimə fayda gətirməyəcək əsassız siyasi gedişlər etməkdən dostları çəkindirən bir xəbərdarlıq tənqidi idi.

İsrail hökuməti Gideon Saarın "Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında ermənilərin kütləvi qətllərinin soyqırımı kimi tanınması" təşəbbüsünü dəstəklədi. Bu təşəbbüs Azərbaycan tərəfi üçün xoşagəlməz bir sürpriz oldu.

Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı

Tarixə qısa baxış

Yeri gəlmişkən, Knesset "erməni soyqırımı"nın tanınmasını irəli sürmək üçün dəfələrlə cəhdlər etmişdi. Uzaq keçmişə getmədən, daha yaxın dönəmin nümunələrinə diqqət yetirək.

2012-ci ildə Knessetin Təhsil, mədəniyyət və idman komissiyası "erməni soyqırımı"nı tanıdı, lakin bu qərar tövsiyə xarakteri daşıyırdı və qanunvericilik aktına çevrilmədi.

2018-ci ildə müxalif "Merets" partiyası 1915-ci il hadisələrinin "erməni soyqırımı" olaraq tanınmasına dair qanun layihəsi təqdim etdi, lakin Knessetin hökumət koalisiyası bunun qarşısını aldı. Daha sonra lazımi dəstəyin olmaması səbəbindən layihə təşəbbüskarlar tərəfindən geri götürüldü.

2000-ci və 2010-cu illərdə müxtəlif fraksiyaların deputatları (o cümlədən İsrailin gələcək prezidenti Reuven Rivlin və Netanyahunun hazırkı kabinetinin üzvü Zeev Elkin) tərəfindən dəfələrlə qanun layihələri irəli sürülür və parlament dinləmələri keçirilirdi. Lakin bu addımlar təsdiqlənmir və ya hökumət tərəfindən bloklanırdı. Çünki hökumət tanınma qərarının yalnız Türkiyə ilə deyil, Azərbaycanla da münasibətlərin korlanmasına səbəb olacağını anlayırdı.

2018-ci ildə "Merets" deputatı Tamar Zandberq tərəfindən irəli sürülən oxşar qanun layihəsi faktiki olaraq ləğv edildi - koalisiya əvvəlcə səsverməni Türkiyədəki seçkilərə qədər təxirə saldı, daha sonra isə əvvəlki vədlərinə rəğmən, ümumiyyətlə keçirməkdən imtina etdi.

Benyamin Netanyahunun 2025-ci ilin avqustunda "soyqırımı"nı şəxsən tanıması barədəki bəyanatları da dövlət mövqeyi ilə eyniləşdirilmədi. Onun siyasi rəqibləri belə bildirdilər ki, müsahibə zamanı səsləndirilən şifahi fikir parlamentin qərarını əvəz edə bilməz.

Yeri gəlmişkən, bir xarakterik detala da toxunaq. Bir neçə il əvvəl Knessetin iclasında "erməni soyqırımı"nın tanınması məsələsini qaldıran həmin Elkin jurnalistlərə müsahibəsində bildirmişdi ki, İsraildə müəyyən tarixi hadisələrin yozumu ilə bağlı məsələlərin siyasi qərar səviyyəsinə çıxarılmaması kimi bir ənənə var.

"Məsələn, erməni xalqının "soyqırımı"nın tanınması. İsraildə bu mövzu parlamentdə bir neçə dəfə müzakirə edilib, lakin bütün Qərb parlamentlərinin bu barədə bəyannamə qəbul etməsinə baxmayaraq, bizdə heç vaxt belə bir qərar verilməyib. İsrail parlamenti hesab edir ki, keçmişlə bağlı məsələlər siyasətçilər tərəfindən deyil, peşəkar diskursun bir hissəsi kimi mütəxəssislər tərəfindən həll edilməlidir", - deyə Elkin vurğulamışdı.

Buna baxmayaraq, bu ilin iyun ayında İsrail hökuməti ənənələri dəyişmək qərarına gəldi.

Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı

Etiraz və səmərəlilik

Əldə olan məlumatlara görə, Azərbaycanın birmənalı və prinsipial mövqeyi ölkəmizlə münasibətlərin inkişafına cavabdeh olan İsrail rəsmiləri arasında geniş əks-səda doğurub. Bakının mövqeyi Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələri tərəfindən İsraildəki müvafiq tərəfdaşlarının diqqətinə də çatdırılıb. Bu təmaslar zamanı İsrailin təşəbbüsünün son dərəcə mənfi və qeyri-konstruktiv xarakter daşıdığı, İsrail üçün heç bir fayda vermədiyi və qəbul ediləcəyi təqdirdə təkcə Türkiyə ilə deyil, Azərbaycanla da əlaqələrə ziyan vuracağı xüsusilə vurğulanıb.

Bakı ictimai şəkildə ciddi narahatlığını ifadə etdikdən sonra bir çox israilli mütəxəssislər və media mənsubları Nazirlər Kabinetinin qərarının beynəlxalq hüququn anladığı mənada hələ tam bir tanınma olmadığını xüsusi qeyd etməyə tələsdilər. İsrailin ən praqmatik ekspertləri və jurnalistləri yerli mətbuatda faktiki olaraq Azərbaycan tərəfinin əsas tezislərinə söykənən silsilə məqalələr dərc etdilər. Məsələn, Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) prezidenti, İsrail-Türkiyə münasibətləri üzrə mütəxəssis professor Efraim İnbar "Kol Barama" radiostansiyasına müsahibəsində hökumətin qərarını İsrail üçün diplomatik fəsadlar yarada biləcək "uşaqcasına və cılız bir səhv" adlandırıb. O bildirib ki, görünür, bu qərar "türklərə zərbə vurmaq" cəhdidir, lakin nəticədə bu, İsrailin dərin strateji tərəfdaşlığa malik olduğu və strateji aktiv kimi qiymətləndirdiyi Azərbaycanla münasibətlərə xələl gətirə bilər.

Öz növbəsində, İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən yazırdı ki, İsrail "erməni soyqırımı"nın tanınması üçün çox uğursuz bir vaxt seçib və dövlət bu qərardan heç nə qazanmayacaq...

Qeyd etmək lazımdır ki, bu təşəbbüsün əleyhdarları və Azərbaycanın mövqeyini dəstəkləyənlərin dairəsi yalnız bir qrupla məhdudlaşmırdı və İsrailin daxili siyasətinin və dövlət aparatının bütün spektrini (sağçılar, solçular, dünyəvilər, dindarlar, hərbçilər və s.) əks etdirirdi. Azərbaycan tərəfi, təbii ki, onun ağlın səsinə qulaq asmaq və düşünülməmiş, geridönüşü olmayan hərəkətlərdən çəkinmək çağırışını dəstəkləyən bütün sağlam düşüncəli qüvvələrə minnətdardır.

Görülən tədbirlər nəticəsində təşəbbüsü tormozlamaq və faktiki olaraq ləğv etmək mümkün oldu. Üstəlik, onun hüquqi və siyasi müstəvidə İsrailin hökumət və parlament səviyyəsində gələcək inkişaf variantlarının qarşısı alındı.

Azərbaycan İsrailin bu təşəbbüsünə reaksiya verən ilk və yeganə ölkə oldu. XİN İsrail hökumətinin "erməni soyqırımı"nı tanımaq qərarını kəskin pisləyən və İsrail tərəfini bu qərara yenidən baxmağa açıq şəkildə çağıran bəyanatla çıxış etdi.

Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı

Tənqidçilər üçün soyuq duş

Azərbaycanın bu vəziyyətdə yürütdüyü siyasət son illər, xüsusən də 2023-cü il oktyabrın 7-dən sonra "Bakının israilyönümlü siyasəti" tezisini fəal şəkildə inkişaf etdirən bəzi dairələrə, o cümlədən Türkiyədəki müəyyən qüvvələrə tutarlı bir cavabdır. Axı Azərbaycan (Türkiyənin özündən başqa) bu təşəbbüsə açıq və prinsipial şəkildə qarşı çıxan yeganə ölkə oldu. Hətta İsrailə qarşı çıxmaq və Türkiyəni dəstəkləmək üçün hər cür əsası olan Fələstin belə erməni məsələsində susmağa üstünlük verdi. Türkiyəyə qarşı yönəlmiş bu zərbənin qarşısı müstəsna olaraq Azərbaycanın yaxın tərəfdaşları ilə şaxələndirilmiş əlaqələrin inkişafı üzrə davamlı və uzunmüddətli strategiyasına əsaslanan səyləri və siyasi çəkisi nəticəsində alındı.

Azərbaycanın bu şəraitdəki davranışı dürüst tərəfdaş imicini tam doğruldur: açıq, prinsipial və vicdanla hərəkət etmək, həqiqəti söyləmək və başqaları susur deyə kənara çəkilməmək. Bu epizod Bakının eyni vaxtda həm dost ölkələrlə fikir ayrılığını ifadə etmək, bunu kəskin gedişlər etmədən reallaşdırmaq, həm də onlarla qarşılıqlı faydalı əlaqələri qoruyub-saxlamaq bacarığının əyani sübutu oldu. Çox güman ki, bu təmkinlilik, açıqlıq və qətiyyət İsrailin bütün siyasi elitası tərəfindən də qiymətləndirilib.

İsraildə "erməni soyqırımı"nın tanınmasının dayandırılması ilə bağlı vəziyyət göstərdi ki, son altı ildə "Orta güc" (Middle Power) kateqoriyasına yüksələn Azərbaycanın mövqeyi bu gün həssas regional məsələlərin həllində həlledici rol oynayır. Bir vaxtlar beynəlxalq ictimaiyyətdən dəstək axtaran Bakı bu gün artıq təkcə öz maraqlarını deyil, həm də dost və tərəfdaşlarının maraqlarını müdafiə etmək - bunu edərkən geniş, şaxələndirilmiş kanallar şəbəkəsi vasitəsilə fəaliyyət göstərmək və səmərəli nəticələr əldə etmək iqtidarındadır.

Paylaş

Xəbər lenti

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir Bu gün, 12:48 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər Bu gün, 12:48 Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb Bu gün, 12:48 Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı Bu gün, 11:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü Bu gün, 11:48 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb Bu gün, 11:48 İTV 21 yaşını qeyd edir Bu gün, 11:48 Sürücülərə həftəsonu ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 10:48 Kəmaləddin Heydərovdan yeni təyinat: Vəzifəyə mayor gətirildi Bu gün, 10:48 Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə keçdiyini bəyan edib Bu gün, 10:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb Bu gün, 10:48 Azərbaycan manatı ilə bağlı MÜHÜM AÇIQLAMA - Bu hal ilk devalvasiyası ərəfəsində qeydə alınıb Bu gün, 10:48 Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə ediblər Bu gün, 10:48 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu Bu gün, 10:48 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? Bu gün, 09:48 Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir? Bu gün, 09:48 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir Bu gün, 09:48 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama Bu gün, 09:48 "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir Bu gün, 09:48 Sürücülərə həftəson ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 09:48 Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik Bu gün, 08:48 Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq Bu gün, 08:48 Tərtərdə kişi su kanalında boğulub Bu gün, 08:48 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər Bu gün, 08:48 Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib Bu gün, 00:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından... Dünən, 23:48 Dünyanın ən gənc kralı 34 yaşında vəfat etdi Dünən, 23:48 Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı Dünən, 23:48 "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb Dünən, 23:48 Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir Dünən, 23:48 Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub Dünən, 23:48 Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Dünən, 23:48 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Dünən, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 22:48 FİFA DÇ-2026 finalında dava salan argentinalı futbolçuların cəzasını yüngülləşdirdi Dünən, 22:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan... Dünən, 22:48 Müctəba Xameneinin müraciəti yayılıb Dünən, 22:48 Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Dünən, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Dünən, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Dünən, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Dünən, 21:48 Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? Dünən, 20:48 Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO Dünən, 20:48 Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB Dünən, 20:48 Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim" Dünən, 20:48 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu Dünən, 20:48 Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR