
64 nömrəli marşrut avtobusunun texniki vəziyyəti sərnişinlərin narazılığına səbəb olub.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə vətəndaş müraciət edib.
Şikayətçinin sözlərinə görə, oturacaqlar yararsız vəziyyətdədir və uzun müddətdir yenilənməyib. Bundan əlavə, avtobusun qapılarının da normal açılıb-bağlanmadığı bildirilir.
Sərnişinlər qeyd edirlər ki, mövcud vəziyyət həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından risklidir. Onlar köhnə avtobusların yeniləri ilə əvəz olunmasını və marşrut üzrə müasir nəqliyyat vasitələrinin istifadəyə verilməsini xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.