16-07-2026, 17:48 184

Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH

Rusiya mediasını izləyənlər burada yeni anti-Azərbaycan kampaniyasının başladığını görə bilər. Mediadan başqa bu qarayaxma kampaniyası telegram-kanallarda, sosial şəbəkədə aparılır. Dərc olunanların adi bir monitorinqi onu deməyə əsas verir ki, yazılanlar hər hansı müəllifin şəxsi təşəbbüsü deyil, mərkəzləşdirilmiş şəkildə aparılan kampaniyanın tərkib hissəsidir.

Güman etmək olar ki, qarayaxma kampaniyasına səbəb Prezident İlham Əliyevin Şuşada mediaforumda ukraynalı jurnalistin sualına cavab verərkən bu ölkənin ərazi bütövlüyünü dəstəkləməsi və müharibənin tezliklə dayandırılmasının vacibliyini bəyan etməsi olub. Başqa sözlə Rusiya hakimiyyətində təmsil olunan müharibə qırğıları Azərbaycan Prezidentinin obyektiv cavabından, vəziyyəti düzgün qiymətləndirməsindən qəzəbləniblər. Görünən budur ki, onların düşüncəsinə görə, Azərbaycan lideri Rusiyanın Ukraynaya qarşı aqressiyasına haqq qazandırmalı, Ukraynanın işğal olunan ərazilərini Rusiyanın yeni ərazisi kimi tanımalı, qısası ağa qara deməli idi.

Bu müharibə qırğıları o qədər qəzəbləniblər ki, Azərbaycan Prezidentinin Rusiyadan olan jurnalistin ikitərəfli münasibətlərə dair sualına cavabı da görməzdən gəlirlər.

İlham Əliyev bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərinə dəyər verir və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatları ortadadır:

Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH

"Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Onlar həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, həm də yarana biləcək yenilərini əhatə edir. Əlbəttə, burada nəqliyyat, ticarət və humanitar əməkdaşlıq mühüm rol oynayır".

Göründüyü kimi də, Prezident Rusiya ilə münasibətlərə yüksək önəm verdiyini xüsusi qeyd edib və burada qaranlıq qalan bir məqam yoxdur.

Azərbaycan Prezidenti çıxışında ortaya faktlar qoyub və obyektiv xəbərlər yazan və yaxud suallar səsləndirən Rusiya jurnalistlərinə qarşı bu ölkənin müəyyən dairələrində edilən təzyiqlərdən və hücumlardan danışıb. Bəli, bu həmin dairələrdir ki, uzun illərdir Azərbaycana qarşı çirkin kampaniyanın başında durublar.

Bir məsələ gün kimi aydındır – Rusiyada davam edən bu proses xaotik xarakter daşımır, mərkəzləşdirilmiş qaydada, istiqamətverici tezislər əsasında həyata keçirilir.

Rusiyanın dövlət rəsmilərinin bir qismində irqçi, şovinist və faşizmə meylli ideologiyaya qulluq etmələri barədə mətbuatda dəfələrlə yazılar dərc edilib. Və bu təfəkkürün əsas xüsusiyyətləri aşağıdakı kimi xarakterizə etmək olar. Birincisi, raşizm (buna rus faşizmi də deyirlər-müəl). Müasir Rusiya siyasətində, xüsusilə Ukraynaya qarşı müharibədə "raşizm" anlayışı işlədilir. Bu, Rusiyanın digər xalqlardan üstün olduğunu iddia edən, zorakılığa və aqressiv millətçiliyə əsaslanan ideologiyadır.

İkincisi, imperializm və assimilyasiya - bu siyasət Rusiya ərazisində yaşayan azsaylı xalqların dilləri, mədəniyyətləri və hüquqlarının məhdudlaşdırılması, rus millətini digər etnik qruplardan üstün tutan şovinist yanaşmadır.

Üçüncüsü isə təbliğat və ksenofobiyadır. Sonuncu xətt daha çox Azərbaycana münasibətdə görünür. Bu ölkənin dövlət mediasında tez-tez digər dövlətlərə və millətlərə qarşı nifrət nitqləri işlədir. Bu da cəmiyyətdə irqçi və düşmən münasibətin yaranmasına səbəb olur.

Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH

Ümumiyyətlə, Rusiyada tək azərbaycanlılara qarşı deyil, müxtəlif xalqlara qarşı ayrı-seçkilik sistemli problemdir. Miqrantların və etnik azlıqların gündəlik həyatda, işdə və hüquq-mühafizə orqanlarının qərarlarında diskriminasiyaya məruz qalmaları ilə bağlı tez-tez informasiyalara rast gəlmək olur.

Əsas problemlərə miqrasiya siyasəti daxildir. Məsələn, Dövlət Duması qanunları sərtləşdirir və bu dəyişikliklər tez-tez miqrantlara qarşı əsassız deportasiyalara və hüquq pozuntularına gətirib çıxarır.

Digər məsələ, sosial bərabərsizlikdir. Ənənəvi olaraq şovinist əhval-ruhiyyə səbəbindən qeyri-slavyan xalqlar aşağı statuslu işlərə məcbur edilir və sosial təzyiqlə qarşılaşırlar. Bundan başqa qanunverici səviyyədə ölkəyə gələn miqrantların cəlb edilməsi qadağan olan işlərin siyahısı tutulur.

Hərbi xidmətə zorla cəlb edilmə də bura aiddir – Ukrayna ilə müharibə fonunda etnik azlıqların nümayəndələri cəbhə xəttinə daha çox cəlb olunur, bu da narahatlıq doğurur. Və nəhayət, hüquq müdafiəsi problemlərini daxil etmək olar. Bura da polis və məhkəmə sistemində etnik mənsubiyyətə görə qərəzli yanaşmaların olması tez-tez mətbuatda və beynəlxalq hesabatlarda qeyd olunur.

Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH

Beləliklə, Rusiyada artan dözümsüzlük, fərqli fikrə qarşı hücumların bundan sonra da artacağını gözləmək mümkündür. Bunun səbəbləri də sadədir. Ukrayna ilə aparılan müharibədə uğursuzluqlar günbəgün artır, cəmiyyətdə narazılıqları gücləndirir. Rus insanı heç vaxt gözləməzdi ki, Ukrayna raketləri ölkənin içərilərinə, daha dərinliklərinə doğru atılmaqda davam edəcək. Hakimiyyətdə təmsil olunan millətçi, faşist dairələr yaranmış durumda yeni düşmən obrazı yaratmağa və mövcud problemləri ört-basdır etməyə çalışırlar. Lakin bu da çıxış yolu olmayacaq. Keçən hər gün problemləri artırır. Bir yandan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatını çökdürür, digər yandan da Ukraynanın ardıcıl zərbələri ölkədə müxtəlif problemlər, ən əsası yanacaq böhranına gətirib çıxarır.

Bəs Rusiya tərəfi bu böhrandan çıxmaq üçün hansısa profilaktik addımlar atırmı? Hadisələrin gedişi göstərir ki, vəziyyətdən çıxış yolu axtarmağa tələsmir. Sözdə mehriban qonşuluq, ikitərəfli münasibətlərdən danışılır, əməldə isə Azərbaycan hədəfə alınır.

Rusiyanın bəzi dairələrinin Azərbaycana qarşı xoş olmayan mövqeyi səbəbindən bir sıra ikitərəfli səfərlər də baş tutmurdu. Amma Azərbaycan xoş niyyət göstərərək xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya iyulun 16-da səfəri barədə məlumat yayılıb.

Amma Rusiyanın müharibə qırğıları belə xoş niyyəti dəyərləndirmək istəmir və iki ölkə arasında vəziyyətin yenidən gərginləşdirilməsi yolunu tutub.

Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH

Kreml hələ də Azərbaycanın Cənubi Qafqazda, bütövlükdə postsovet məkanında yaratdığı reallığı görməyə tələsmir. Postsovet məkanında təkbaşına ərazi bütövlüyünü təmin etmiş bir dövləti həzm edə bilmir.

Hələ də ümid edir ki, regionda köhnə texnologiyalar keçərlidir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib". Ölkə Prezidenti də Şuşa forumunda bu mesajı çatdırmağa çalışıb. Rusiya arxaik, heç kimin barışmaq istəmədiyi yanaşma metodundan imtina etməlidir. Çıxış yolu da region ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqdan keçir.//Report.az

Paylaş

Xəbər lenti

Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" Bu gün, 00:48 Bu bürcdən olan xanımlar daha çox qeybət etməyə meylli olur Bu gün, 00:48 Paytaxtın iki rayonunda su olmayacaq Dünən, 23:48 Maduronun müttəfiqi ABŞ-də çirkli pulların yuyulması ittihamını etiraf edib Dünən, 23:48 Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb Dünən, 23:48 Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək Dünən, 23:48 Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib Dünən, 23:48 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi Dünən, 22:48 Parisin keçmiş meri İdalqo uşaqlara qarşı zorakılığa görə şəxsi məsuliyyətini qəbul etməyib Dünən, 22:48 Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb Dünən, 22:48 Sabah bəzi ərazilərində işıq olmayacaq Dünən, 22:48 Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir Dünən, 21:48 Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı Dünən, 21:48 Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir? Dünən, 21:48 Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib Dünən, 21:48 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi Dünən, 21:48 Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Dünən, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Dünən, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Dünən, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Dünən, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Dünən, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Dünən, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Dünən, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Dünən, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Dünən, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Dünən, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Dünən, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Dünən, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Dünən, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Dünən, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Dünən, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Dünən, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Dünən, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Dünən, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Dünən, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Dünən, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Dünən, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Dünən, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Dünən, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Dünən, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Dünən, 17:48 8 Noyabr prospektində səki çöküb Dünən, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Dünən, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Dünən, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Dünən, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Dünən, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR