
Azərbaycanda fəaliyyət göstərən heyvan bazarlarının sayı artır.
AVESTA.AZ xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yenidənqurma işlərindən sonra bu ilin ilk altı ayında 11 heyvan bazarı fəaliyyətini bərpa edib. Bununla da ölkə üzrə fəaliyyət göstərən heyvan bazarlarının ümumi sayı 14-ə çatıb.
Əli Nəbiyev əlavə edib ki, yaxın günlərdə Xaçmaz heyvan bazarı da istifadəyə veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.