17-07-2026, 11:48 174

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev iyulun 17-də Oman Sultanlığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

AVESTA.AZ xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı dost ölkələr arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlət başçısına çatdıraraq deyib ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəyə isə yeni uğurlar arzulayır.

Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.

Səfir bu günlərdə diplomatik münasibətlərin 35 illiyinin qeyd olunmasının önəmini vurğulayıb.

O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunub, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini deyib.

Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edilib, birgə investisiya fondunun yaradıldığı bildirilib və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi Bu gün, 22:48 Parisin keçmiş meri İdalqo uşaqlara qarşı zorakılığa görə şəxsi məsuliyyətini qəbul etməyib Bu gün, 22:48 Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb Bu gün, 22:48 Sabah bəzi ərazilərində işıq olmayacaq Bu gün, 22:48 Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir Bu gün, 21:48 Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı Bu gün, 21:48 Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir? Bu gün, 21:48 Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib Bu gün, 21:48 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi Bu gün, 21:48 Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Bu gün, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Bu gün, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Bu gün, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Bu gün, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Bu gün, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Bu gün, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Bu gün, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Bu gün, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Bu gün, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Bu gün, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Bu gün, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Bu gün, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Bu gün, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Bu gün, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Bu gün, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Bu gün, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Bu gün, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Bu gün, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Bu gün, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Bu gün, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Bu gün, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Bu gün, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Bu gün, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Bu gün, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Bu gün, 17:48 8 Noyabr prospektində səki çöküb Bu gün, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Bu gün, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Bu gün, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Bu gün, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Bu gün, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Bu gün, 15:48 Nəvai kommunal borcuna görə məhkəməyə verildi Bu gün, 15:48 Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb Bu gün, 15:48 Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb Bu gün, 15:48 Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu Bu gün, 15:48 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar Bu gün, 14:48 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR