17-07-2026, 17:48 161

VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib

Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, səhiyyə naziri Teymur Musayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin əvvəlki illərinin qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.

Fərhad Hacıyev bildirib ki, bu il keçirilən müsabiqənin konsepti "Şəhərsalma və Memarlıq İli"nə həsr edilib: "Yarımfinal mərhələsində iştirak edən 326 namizəddən 130 nəfər finala yüksəlib. Üç gün davam edəcək final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 130 iştirakçı mübarizə aparır. Final mərhələsi iyulun 19-da başa çatacaq".

Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, karyera inkişafı təkcə vəzifədə yüksəlmək deyil: "Bu həm də ömürboyu öyrənmək, dəyişən dünyaya uyğunlaşmaq və özünü daim inkişaf etdirmək bacarığıdır. İnnovasiyaların, rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi, hər bir peşəni yenidən formalaşdırdığı müasir dövrdə davamlı öyrənmək ən qiymətli bacarıqlardan birinə çevrilib".

Ombudsman Səbinə Əliyevanın sözlərinə görə, müasir dövr hüquqi bilik və idarəçilik bacarıqları ilə yanaşı, həm də etik məsuliyyət, sosial, iqtisadi və rəqəmsal transformasiyalara qarşı çevik və adaptiv yanaşma tələb edir: "Bu baxımdan, insan kapitalının formalaşdırılması və inkişafı ölkəmizdə prioritet məqsədlərdən biri kimi müəyyən edilib. Bu müsabiqə ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən səmərəli layihələrdən birinə çevrilib. Bu təşəbbüs yalnız bilik və bacarıqların qiymətləndirilməsi mexanizmi deyil, eyni zamanda, inkişafyönümlü düşüncə və idarəçilik mədəniyyətinin, liderlik keyfiyyətlərinin və dövlətə xidmət məsuliyyətinin formalaşdırıldığı mühüm tərəqqi platformasıdır".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov öz çıxışında qeyd edib ki, ildən-ilə xaricdə yaşayan azərbaycanlıların da "Yüksəliş" müsabiqəsinə marağı artmaqdadır: "Biz il ərzində bir çox layihələr təşkil edirik. Sizlər də bizim bu layihələrimizdə iştirak edə, Azərbaycanı təmsil edə bilərsiniz. Azərbaycan dövləti bu gün böyük gücə çevrilib və bu gücün inkişafı üçün də güclü kadr potensialı olmalıdır".

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva söyləyib ki, "Yüksəliş" sadəcə adi bir yarışma deyil, bu, uğur qazanmış insanların müsabiqəsidir: "Burada artıq real həyatda nailiyyət əldə etmiş, bilik və bacarıqları sayəsində öz karyerasını və həyat yolunu formalaşdırmış, eyni səviyyədə olan digər uğurlu şəxslərlə rəqabət aparan insanlar bir araya toplanır. Əminəm ki, müsabiqə yekunlaşdıqdan sonra bir çoxunuz yeni dostluqlar quracaq, yeni peşəkar əlaqələr yaradacaqsınız. Bu da "Yüksəliş"in ən əhəmiyyətli dəyərlərindən biridir. Biz yarışmada bilikli, bacarıqlı, öz sahəsinin mütəxəssisi olan, eyni zamanda, dövlətçiliyə sədaqətli, sağlam mənəvi prinsiplərə əsaslanan, məsuliyyət duyğusu güclü olan insanların qalib gəlməsini arzu edirik. Elə şəxsiyyətlər ki, məsuliyyəti təkcə özünə, ailəsinə və işinə qarşı deyil, eyni zamanda, dövlətinə, xalqına və millətinə qarşı da hiss edirlər".

Finalçılar müsabiqədə mərhələ ərzində "İdarəçi rollar modeli"nə uyğun hazırlanmış müxtəlif situasiya və tapşırıqları yerinə yetirməklə öz biliklərini, liderlik keyfiyyətlərini və idarəetmə bacarıqlarını nümayiş etdirəcəklər. Bununla da, altıncı "Yüksəliş" müsabiqəsinə yekun vurulacaq.

Paylaş

Xəbər lenti

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Bu gün, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Bu gün, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Bu gün, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Bu gün, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Bu gün, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Bu gün, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Bu gün, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Bu gün, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Bu gün, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Bu gün, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Bu gün, 17:48 8 Noyabr prospektində səki çöküb Bu gün, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Bu gün, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Bu gün, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Bu gün, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Bu gün, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Bu gün, 15:48 Nəvai kommunal borcuna görə məhkəməyə verildi Bu gün, 15:48 Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb Bu gün, 15:48 Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb Bu gün, 15:48 Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu Bu gün, 15:48 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar Bu gün, 14:48 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi Bu gün, 14:48 Zakir Həsənov Çinə getdi Bu gün, 14:48 Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi Bu gün, 14:48 Hakimlərin təkbaşına qərarvermə halları dəqiqləşdirilir Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlər var Bu gün, 14:48 Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dolları keçib Bu gün, 14:48 Sevdadan mahnısını bəyənməyənlərə cavab: "Sakit olun, mahnıdır, dissertasiya deyil!" Bu gün, 13:48 Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır Bu gün, 13:48 Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 13:48 54 yaşlı müğənninin dəfnində BÖYÜK İZDİHAM Bu gün, 13:48 FHN Ağdamda yanğın-taktiki təlim keçirib Bu gün, 13:48 Gədəbəydə güllələnmiş meyit tapıldı Bu gün, 13:48 Keçən il ailə quran 339 gəlinin 60-dan çox yaşı olub Bu gün, 13:48 Faiq Ağayev: "Anam yanımda olanda canımı tapşırdım" Bu gün, 13:48 Bu ölkədə 10 avroya dağ havası satılır Bu gün, 12:48 Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatdı Bu gün, 12:48 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır" Bu gün, 12:48 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Nikolay Baskovun bu psixoloji etirafı gündəm oldu Bu gün, 12:48 Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun Bu gün, 11:48 Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barəsində cinayət işi başlandı Bu gün, 11:48 Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır Bu gün, 11:48 Kamran Bilalovun saxlanılma səbəbi bəlli olub, tiktoker "Çevik"ə qarşı zorakılıq edib Bu gün, 11:48 Agentlik sədrinin müşaviri işdən çıxarıldı Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR