
Çinlə sərhəd yaxınlığında Nepalda baş verən dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Daha əvvəlki məlumatlarda 1386 nəfərin öldüyü, 5100-dən çox insanın isə itkin düşdüyü qeyd edilib.
Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Çin fəlakətdən zərər çəkən və itkin düşənlərin axtarışını davam etdirmək üçün bütün səylərini göstərəcək.
Xatırladaq ki, fəlakət 26 avqust səhəri Nepalın şimalında baş verib.
Qar uçqunu daşqınlara səbəb olub. Güclü qaya axını çay yatağı boyunca 70 kilometrdən çox məsafəni yüksək sürətlə qət edib, böyük ərazini su basıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.