Dünən, 11:48 103

Yetkinlik yaşına çatmayanı cinayətə sövq etmək necə sübut olunmalıdır?

Yetkinlik yaşına çatmayanı cinayətə sövq edənin məsuliyyətə cəlb olunması üçün konkret səbəblər olmalıdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə Cinayət kollegiyası tərəfindən yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Belə ki, cinayət işi üzrə müəyyən edilmiş işin hallarına əsasən, yetkinlik yaşına çatmayan şəxs əvvəllər götürdüyü mobil telefonu qaytarmaq adı ilə zərərçəkmişi görüşə çağırıb, yanında olan yetkin şəxsə zərərçəkmiş barədə məlumat verərək ondan pul almağı təklif etmişdir. Daha sonra hər iki şəxs əvvəlcədən razılaşaraq zərərçəkmişi təmirdə olan kafenin yaxınlığına aparmış, orada zərərçəkmiş şəxsi bıçaqla hədələyərək, ona fiziki zor tətbiq etməklə, pul və digər əmlakı ələ keçiriblər.

Aşağı instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmış şəxs quldurluqla yanaşı, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə də təqsirli bilinib məhkum edib. Məhkum kassasiya şikayətində yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmədiyini və bu səbəbdən əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığını bildirib.

İşi araşdıran Ali Məhkəmə qeyd edib ki, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi faktı öz-özlüyündə onun həmin şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi anlamına gəlmir. Yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməyə görə məsuliyyətin yaranması üçün yetkin şəxsin onu cinayət törətməyə sövq edən konkret hərəkətlər etməsi müəyyən olunmalıdır.

Qanuna əsasən, belə təsir aldatma, vədlər vermə, hədə-qorxu, zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi formasında ola bilər. Başqa sözlə, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsdə cinayət törətmək niyyəti və qətiyyəti yaratmağa yönəlmiş fiziki və ya psixoloji təsir göstərməsi sübuta yetirilməlidir. Əgər belə təsirin olması sübuta yetirilmirsə, yalnız yetkin və yetkinlik yaşına çatmayan şəxslərin cinayəti birlikdə törətmələri Cinayət Məcəlləsinin 170-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

Ali Məhkəmə işin hallarını araşdıraraq müəyyən edib ki, yetkin şəxs yetkinlik yaşına çatmayan tanışını cinayət törətməyə sövq etməmişdir. Onun yetkinlik yaşına çatmayan şəxsi aldatması, ona qazanc və ya başqa vədlər verməsi, hədə-qorxu gəlməsi, zor tətbiq etməsi və yaxud zor tətbiq etməklə hədələməsi iş üzrə sübuta yetirilməyib. Əksinə, iş üzrə müəyyən edilmiş hallara görə, zərərçəkmişdən pul almaq təklifini irəli sürən, onu mobil telefonunu qaytarmaq adı ilə görüşə çağıran və bununla da quldurluq cinayətinin törədilməsi təşəbbüsü ilə çıxış edən məhz yetkinlik yaşına çatmayan şəxs olub.

İş üzrə məhkum edilmiş şəxsin qanunda göstərilən üsullardan hər hansı biri ilə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi təsdiq olunmadığından, Ali Məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığı nəticəsinə gəlib.

Paylaş

Xəbər lenti

Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ Bu gün, 13:48 "İrşad"da yeni tədris ilinə özəl "Yaşıl Cümə" fürsətləri başladı Bu gün, 13:48 Masazırda 5-ci sinif şagirdləri sinifsiz qalıb: "Təhsil almağa gəlirik, yoxsa parta daşımağa?" Bu gün, 13:48 Meyxanaçılar arasında DAVA: Balaəli həmkarına BUTULKA ATDI Bu gün, 13:48 Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub Bu gün, 13:48 Rusiyadan ABŞ-yə sərt reaksiya: "Kosmosda silahlanma qlobal təhlükəsizlik üçün riskdir" Bu gün, 13:48 Saturnun cənub qütbündə nəhəng 10 tərəfli atmosfer dalğası aşkarlanıb Bu gün, 13:48 ABŞ orbitə kosmik silah yerləşdirdi - təfərrüatlar açıqlanmadı Bu gün, 13:48 Hüceyrələrin erkən qocalması 55 yaşadək xərçəng riskini 15%-dək artıra bilər Bu gün, 13:48 Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb Bu gün, 13:48 Rusiyada isti hava dalğaları daha da güclənəcək Bu gün, 13:48 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb Bu gün, 12:48 SOCAR zavodu ildə yüz minlərlə ton neft-kimya məhsulu istehsal edir Bu gün, 12:48 "Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoruna hökm oxunub Bu gün, 12:48 Kubanıçbek Omuralıyev: "TDT-də loqistika, nəqliyyat, investisiya sahələrinə xüsusi diqqət yetirilir" Bu gün, 12:48 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü Bu gün, 12:48 İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib Bu gün, 12:48 Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı Bu gün, 12:48 "Qobustan" GES hər il 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək Bu gün, 12:48 Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır Bu gün, 12:48 "Azərkimya" istehsal gücündən 85%-dən çox istifadə edəcək Bu gün, 12:48 Yol polislərimiz Belarusda qalib oldular Bu gün, 12:48 "Azərkimya" məhsullarının ixracında əsas hədəf Avropa bazarıdır Bu gün, 12:48 "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi Bu gün, 12:48 Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb? Bu gün, 12:48 Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib Bu gün, 11:48 "Lux Residence" - Yaşayış və biznes üçün doğru məkan Bu gün, 11:48 Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir Bu gün, 11:48 Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA Bu gün, 11:48 İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib Bu gün, 11:48 İlham Əliyev audit sahəsinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 "Elm ADAsı" yenidən "Planet FM"də yayımlanacaq Bu gün, 11:48 Bakıda supermarketdən turşu aldı: İÇİNDƏN GÖRÜN NƏ ÇIXDI Bu gün, 11:48 Bakıda ağır avtoqəza - Ölən var Bu gün, 10:48 Putin 2027-ci il seçkilərinə müdaxilə etməyə çalışacaq- Fransa XİN başçısı Bu gün, 10:48 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var Bu gün, 10:48 "Embawood"dan müştərisinə absurd cavab: "Güzgünüz istehsal prosesindədir" Bu gün, 10:48 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama Bu gün, 10:48 Gürcüstan Azərbaycana yeni səfir təyin edib Bu gün, 10:48 Bakıda 10 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib Bu gün, 09:48 UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür Bu gün, 09:48 Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək Bu gün, 09:48 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var Bu gün, 09:48 Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib Bu gün, 09:48 Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" Bu gün, 00:48 Bu bürcdən olan xanımlar daha çox qeybət etməyə meylli olur Bu gün, 00:48 Paytaxtın iki rayonunda su olmayacaq Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR