
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.
Bildirilib ki, xəsarət alan 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alanların vəziyyətləri orta ağır qiymətləndirilir. Pasiyentlərin müayinə və müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir".
*** 10:22
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, avtoqəza magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib.
"Chevrolet" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü G.Quluzadə, 2005-ci il təvəllüdlü A.Rzaxanova və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.