Bu gün, 11:48 83

İlham Əliyev audit sahəsinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət göndərib.

AVESTA.AZ xəbər verir ki, müraciətdə deyilir:

"Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəlbdən salamlayıram.

Müstəqil Azərbaycan dövlətinin tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində müasir audit institutunun formalaşdırılması və inkişafı xüsusi əhəmiyyət kəsb etmişdir. "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin demokratik idarəetmə prinsiplərinə və bazar iqtisadiyyatının institusional əsaslarının formalaşdırılmasına verdiyi yüksək önəmin, ölkədə maliyyə intizamının və şəffaflığın, hesabatlılığın təmin edilməsinə xidmət edən uzaqgörən və məqsədyönlü dövlət siyasətinin mühüm təzahürü idi.

Həmin Qanuna uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Auditorlar Palatası ötən dövr ərzində ölkədə müstəqil audit sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, peşəkar auditor kadrlarının hazırlanması, şəffaflıq və hesabatlılıq mühitinin inkişaf etdirilməsi, habelə beynəlxalq qabaqcıl təcrübəyə uyğun müasir audit modelinin formalaşdırılması istiqamətində olduqca əhəmiyyətli və zəruri işlər görmüşdür.

Nəticə etibarilə, auditor xidmətlərinin əhatə dairəsi xeyli nəzərə çarpacaq dərəcədə genişlənmiş, maliyyə hesabatlarının etibarlılığının təmin edilməsində, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və kölgə iqtisadiyyatının azaldılmasında audit institutunun rolu daha da artmışdır.

Auditorlar Palatasının yubileyi münasibətilə təşkil olunmuş beynəlxalq konfransın ölkəmizdə auditor peşəsinin son otuz ildə keçdiyi inkişaf yolunun elmi və praktik müstəvidə təhlili, auditor fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar özünüidarəetmə institutunun möhkəmləndirilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi və beynəlxalq audit standartlarının tətbiqi ilə bağlı mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Eyni zamanda, konfrans çərçivəsində audit fəaliyyətinin rəqəmsal transformasiya şəraitində yeni inkişaf istiqamətlərinin, böyük verilənlərin analitikası və süni intellekt texnologiyalarının audit prosesinə inteqrasiyasının, auditin ənənəvi uyğunluq funksiyasından kənara çıxaraq strateji tərəfdaş və dəyər yaradan institut kimi rolunun genişləndirilməsinin, habelə peşə etikası və ictimai etimad prinsiplərinin möhkəmləndirilməsinin müzakirə olunması müasir dövrün tələbləri baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı və texnoloji transformasiyanın geniş vüsət aldığı müasir şəraitdə audit fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi hər bir ölkə qarşısında duran mühüm vəzifələrdən biridir. Bu xüsusda audit fəaliyyətinin rəqəmsal əsaslarda təşkili, süni intellekt və müasir məlumat analitikası alətlərinin tətbiqinin genişləndirilməsi, audit proseslərində şəffaflığın və operativliyin artırılması, habelə beynəlxalq peşəkar standartlara uyğun innovativ audit metodologiyalarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi Auditorlar Palatasının fəaliyyətinin səmərəliyi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır.

Bununla yanaşı, auditor peşəsinin nüfuzunun və ona olan ictimai etimadın qorunması, yüksək peşəkarlıq və etik davranış prinsiplərinin daha da möhkəmləndirilməsi, habelə peşəkar kadr potensialının gücləndirilməsi qarşıda duran əsas prioritetlər sırasındadır.

Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təşəbbüslər ölkəmizdə auditor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, auditdə rəqəmsal transformasiyanın və süni intellektin tətbiqinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə, audit institutunun nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcəkdir.

Bu əlamətdar yubiley münasibətilə Auditorlar Palatasının kollektivini və konfrans iştirakçılarını bir daha təbrik edir, tədbirin işinə uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb Bu gün, 12:48 SOCAR zavodu ildə yüz minlərlə ton neft-kimya məhsulu istehsal edir Bu gün, 12:48 "Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoruna hökm oxunub Bu gün, 12:48 Kubanıçbek Omuralıyev: "TDT-də loqistika, nəqliyyat, investisiya sahələrinə xüsusi diqqət yetirilir" Bu gün, 12:48 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü Bu gün, 12:48 İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib Bu gün, 12:48 Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı Bu gün, 12:48 "Qobustan" GES hər il 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək Bu gün, 12:48 Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır Bu gün, 12:48 "Azərkimya" istehsal gücündən 85%-dən çox istifadə edəcək Bu gün, 12:48 Yol polislərimiz Belarusda qalib oldular Bu gün, 12:48 "Azərkimya" məhsullarının ixracında əsas hədəf Avropa bazarıdır Bu gün, 12:48 "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi Bu gün, 12:48 Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb? Bu gün, 12:48 Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib Bu gün, 11:48 "Lux Residence" - Yaşayış və biznes üçün doğru məkan Bu gün, 11:48 Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir Bu gün, 11:48 Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA Bu gün, 11:48 İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib Bu gün, 11:48 İlham Əliyev audit sahəsinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 "Elm ADAsı" yenidən "Planet FM"də yayımlanacaq Bu gün, 11:48 Bakıda supermarketdən turşu aldı: İÇİNDƏN GÖRÜN NƏ ÇIXDI Bu gün, 11:48 Bakıda ağır avtoqəza - Ölən var Bu gün, 10:48 Putin 2027-ci il seçkilərinə müdaxilə etməyə çalışacaq- Fransa XİN başçısı Bu gün, 10:48 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var Bu gün, 10:48 "Embawood"dan müştərisinə absurd cavab: "Güzgünüz istehsal prosesindədir" Bu gün, 10:48 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama Bu gün, 10:48 Gürcüstan Azərbaycana yeni səfir təyin edib Bu gün, 10:48 Bakıda 10 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib Bu gün, 09:48 UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür Bu gün, 09:48 Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək Bu gün, 09:48 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var Bu gün, 09:48 Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib Bu gün, 09:48 Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" Bu gün, 00:48 Bu bürcdən olan xanımlar daha çox qeybət etməyə meylli olur Bu gün, 00:48 Paytaxtın iki rayonunda su olmayacaq Dünən, 23:48 Maduronun müttəfiqi ABŞ-də çirkli pulların yuyulması ittihamını etiraf edib Dünən, 23:48 Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb Dünən, 23:48 Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək Dünən, 23:48 Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib Dünən, 23:48 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi Dünən, 22:48 Parisin keçmiş meri İdalqo uşaqlara qarşı zorakılığa görə şəxsi məsuliyyətini qəbul etməyib Dünən, 22:48 Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb Dünən, 22:48 Sabah bəzi ərazilərində işıq olmayacaq Dünən, 22:48 Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir Dünən, 21:48 Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı Dünən, 21:48 Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir? Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR