
Azərbaycanda abortların sayı kəskin artıb.
AVESTA.AZ Modern.az-a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb.
Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür.
Maraqlıdır ki, 2010-cu ildə bir milyondan çox abortun qeydə alındığı Rusiyada 2025-ci ildə abort sayı 64% azalaraq 235 minə düşüb.
Ötən il Gürcüstanda 11 800 abort qeydə alınıb ki, bu da 26% azalma deməkdir. Ermənistanda abort statistikası da 18.7 min təşkil edib və 23% geriləyib.
Qardaş Türkiyə də Azərbaycanda olduğu kimi abort halları son 15 ildə artıb.
Ötən il ölkədə 74 min abort həyata keçirilib və 2010-cu illə müqayisədə 80% yüksəlib.
İran İslam Respublikası da abort trendinin artdığı ölkələr sırasındadır. İranda ötən il abort halları 61% artaraq 305.2 minə yüksəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.