
2022/2028-ci illəri əhatə edən xaricdə təhsil proqramı üzrə Türkiyədə 197 azərbaycanlı gənc təhsil alır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik günü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, həmin gənclər Türkiyənin 11 aparıcı universitetində təhsil alırlar:
"Hazırda gənclərimiz Türkiyədə bakalavr və magistr üzrə təhsil alır. 2007/2015-ci illərdə isə 327 gənc Türkiyənin 20 aparıcı universitetində təhsil alıb".
Nazir müavini həmçinin bildirib ki, TAU-da texnologiya sahəsində ixtisaslar da ön plandadır:
"Dünyada 4 milyondan çox robot, 600 mindən çox robortlaşdırılmış sistemlər mövcuddur. Buna hazır olmaq lazımdır. Bu səbəbdən müasir texnologiyaların inkişafı, süni intellektlə bağlı ixtisaslara xüsusi üstünlük verilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.