Dünən, 23:48 107

Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət

Əgər Ermənistan hakimiyyəti həqiqətən sülh istəyirsə, bunu yalnız beynəlxalq tribunalarda deyil, öz dövlət mediasında, öz siyasi ritorikasında və dövlət institutlarının gündəlik davranışında da nümayiş etdirməlidir.

Ermənistan hakimiyyəti son illər Azərbaycanla sülh prosesinə sadiq olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və iki ölkə arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bəyan edib.

Baş nazir Nikol Paşinyan bu istiqamətdə açıq mesajlar da versə də, onun sözü ilə əməlinin tərs mütənasib olması növbəti dəfə özünü büruzə verib.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun "Armenpress"ə verdiyi müsahibə bu ziddiyyəti bir daha üzə çıxarıb. Qrono Azərbaycan ərazisində səfər etdiyi Kəlbəcər və Ağdərə rayonlarını Azərbaycan adları ilə təqdim edir, eyni zamanda Qarabağdakı "erməni mədəni irsi"nin qorunmasının vacibliyindən danışır. Amma həmin müsahibəni yayımlayan Ermənistanın dövlət informasiya agentliyi Azərbaycanın ərazi vahidlərini hələ də separatçı və ya erməni siyasi leksikonunda işlədilən adlarla təqdim etməyə üstünlük verir. Burada isə mövzu artıq sadəcə coğrafi ad məsələsi deyil. Ermənistan hakimiyyətinin sülh prosesindəki əsas problemi də məhz burada görünür. İrəvanın diplomatik masada dedikləri ilə dövlətin siyasi və informasiya davranışı arasında uyğunsuzluq yaranır.

Yəni baş nazir Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiyi halda, ölkəsinin dövlət informasiya resursunda Azərbaycanın ərazisində yerləşən rayonların adları dəyişdirilmiş formada təqdim olunur. Bu ziddiyyət təsadüfi detal kimi qiymətləndirilməməlidir. Çünki dövlətin mövqeyi yalnız baş nazirin çıxışlarında deyil, onun nəzarətində olan və ya dövlətin rəsmi informasiya sisteminin bir hissəsi olan qurumların fəaliyyətində də özünü göstərir. Bu isə o deməkdir ki, Ermənistan hökuməti hələ də sülhə sadiqlik nümayiş etdirmir.

Məhz bu baxımdan Azərbaycan ən ali səviyyədə sülh üçün başlıca şərt kimi Ermənistan Konstitusiyasının dəyişdirilməsini, bu ölkənin əsas sənədindən Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasını tələb edir. Çünki bir dövlət digər dövlətin ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, həmin dövlətin ərazisindəki inzibati vahidləri təhrif edilmiş, separatçı terminologiya ilə adlandırmağa davam edirsə, bu, həmin ərazi üzərində əvvəlki iddiaların tamamilə aradan qalxmadığını göstərən siqnal sayılır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, sülh istəyirsə, onda dövlətin rəsmi informasiya məkanında da bunun adekvat əksi görünməlidir. Əks halda sülh haqqında verilən siyasi bəyanatlarla nümayiş etdirilən davranışlar arasında ciddi boşluq yaranır və Paşinyan hökumətinin riyakarlığını yenidən üzə çıxarır.

Bu mənada məsələni "Armenpress"in redaksiya yanaşması ilə məhdudlaşdırmaq da düzgün olmazdı. Əsas sual Paşinyan hakimiyyətinə ünvanlanır: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü həqiqətən qəbul edirsə, niyə onun dövlət informasiya məkanında Azərbaycanın rayonları hələ də başqa adlarla təqdim olunur? Əgər bu, dövlət siyasəti deyilsə, Ermənistan hökuməti niyə buna münasibət bildirmir? Əgər bu, dövlət siyasətidirsə, onda Paşinyanın sülh bəyanatları ilə necə uzlaşdırılır?

Məhz bu suallar Ermənistan hakimiyyətinin sülh prosesinə münasibətini qiymətləndirmək üçün daha ciddi əsas yaradır. Çünki sülh yalnız danışıqlar masasında deyil, dövlətin gündəlik davranışında da görünməlidir. Deməli, Ermənistan hakimiyyəti hələ də "iki auditoriya" siyasətini davam etdirir. Paşinyan beynəlxalq ictimaiyyət qarşısında sülh və normallaşma mesajları verir. Ermənistanın daxili informasiya məkanında isə milli-populist auditoriyanı nəzərə alan ritorikanın davam etdirilməsinə imkan verilir.

Sülh prosesində əsas ölçü Paşinyanın hansı sözü deməsi deyil, Ermənistan dövlətinin həmin sözlərin arxasında hansı siyasəti həyata keçirməsidir. Bu baxımdan "Armenpress"in dili sadəcə jurnalist üslubu məsələsi deyil. Bu dil Ermənistanın hələ də tam şəkildə xilas ola bilmədiyi siyasi yanaşmanın və riyakarlığın göstəricisidir.

Əgər Ermənistan hakimiyyəti həqiqətən sülh istəyirsə, bunu yalnız beynəlxalq tribunalarda deyil, öz dövlət mediasında, öz siyasi ritorikasında və dövlət institutlarının gündəlik davranışında da nümayiş etdirməlidir. Əks halda "sülh" bəyanatı ilə "sülh siyasəti" arasındakı ziddiyyət davam edəcək.

Paylaş

Xəbər lenti

Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS Dünən, 23:48 Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət Dünən, 23:48 Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək Dünən, 23:48 İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib Dünən, 23:48 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb Dünən, 23:48 "Bilik Günü"ndə Bakı sakinləri tıxaca necə hazırlaşırlar? Dünən, 22:48 Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir Dünən, 22:48 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? Dünən, 22:48 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var Dünən, 22:48 Qərbin bir qərarı dünya müharibəsinə səbəb ola bilər Dünən, 21:48 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza Dünən, 21:48 Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib Dünən, 21:48 Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub Dünən, 21:48 Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb Dünən, 21:48 Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar Dünən, 21:48 İlham Əliyev ona verilən 500 min ABŞ dolları məbləğində mükafatı Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib Dünən, 20:48 Müəllimə gül almaq neçəyə başa gəlir? - Paytaxt mağazalarında son qiymətlər Dünən, 20:48 "Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb Dünən, 20:48 "Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib Dünən, 20:48 Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb Dünən, 19:48 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA Dünən, 19:48 2030-a doğru Qafqaz: Ən böyük investisiya döyüşü başlayır Dünən, 19:48 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub Dünən, 19:48 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA Dünən, 19:48 İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Dünən, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Dünən, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Dünən, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Dünən, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Dünən, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Dünən, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Dünən, 18:48 Nazir: "Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin maaşı artırılacaq" Dünən, 17:49 Nazir: "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Dünən, 17:49 AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT Dünən, 17:49 Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır" Dünən, 17:48 10 min dolları keçən onlayn gəlirlər mütləq vergiyə cəlb ediləcək Dünən, 17:48 Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi - Digər müttəhim kimdir? Dünən, 17:48 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Dünən, 17:48 XX əsrin 5 ən böyük ekoloji fəlakəti – London dumanından Aral dənizinə Dünən, 17:48 Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib Dünən, 17:48 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - RƏSMİ Dünən, 17:48 Emin Əmrullayev: "Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək" Dünən, 16:48 Tanınmış jurnalistə yeni vəzifə verildi Dünən, 16:48 Emin Əmrullayev: "Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur" Dünən, 16:48 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ Dünən, 16:48 Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik" Dünən, 16:48 Qara dənizdə Ukraynaya məxsus pilotsuz kater vurulub Dünən, 16:48 Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR