
"Sertifikatlaşdırma prosesinin nəticələrinə əsasən, ümumilikdə 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ödənişlərin edilməsi nəzərdə tutulur".
AVESTA.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu günədək sertifikatlaşdırma prosesinə 104 min təhsil işçisi cəlb olunub. Onlardan 73 min nəfərin əməkhaqqına əlavə ödənişlər edilib.
Emin Əmrullayev bildirib ki, daha 17,5 min təhsil işçisinin də əməkhaqqına əlavə ödənişlərin tətbiqi proqnozlaşdırılır.
Nazir qeyd edib ki, 2026-cı il iyunun 17-dən 25-dək keçirilən sertifikatlaşdırma prosesində ilk dəfə təxminən 20 min müəllim iştirak edib.
Zöhrə Pənah
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.