
Aktyor Kıvanç Tatlıtuğun evində çalışan işçisi damdan yıxılıb.
AVESTA.AZ xəbər verir ki, onun Göktürkdəki evində təmizlik işləri görən Türkmənistan vətəndaşı Bahadur Yangibayev damdan yıxılıb.
Bahadur, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.
Evdə təmir işlərindən sonra Yangibayev çağrılıb. O dam örtüyünə çıxaraq müvazinətini itirib və yerə düşüb.
Hadisə ilə bağlı təmir şirkətinin sahibi A.A. saxlanılıb. Lakin o, Bahadurun öz işçisi olmadığını bildirib.
Şikayətdə məşhur aktyorun adı və İ.A. şübhəli şəxs qismində göstərilib.
Hadisə ilə bağlı istintaq başladılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.