
XX əsrdə insan fəaliyyəti nəticəsində böyük ekoloji fəlakətlər baş verib. Onlardan ən diqqətçəkən 5-i Londonun Böyük Dumanı, Aral dənizinin quruması, ABŞ-dakı Lav-Kanal kimyəvi çirklənməsi, Fars körfəzində neft sızması və Rusiyanın Komi Respublikasındakı Usinsk neft qəzasıdır.
AVESTA.AZ xəbər verir ki, 1952-ci ildə Londonda kömür tüstüsü və hava şəraitinin yaratdığı zəhərli duman nəticəsində minlərlə insan həyatını itirib. Müasir araşdırmalara görə, ölənlərin sayı 10-12 minə çata bilər.
1960-cı illərdən Aral dənizinin suyu suvarma layihələri səbəbindən sürətlə azalıb. 2006-cı ilə qədər dənizin sahəsi 67 500 kvadrat kilometrdən 17 382 kvadrat kilometrə düşüb.
1991-ci ildə Fars körfəzinə 6-8 milyon barel neft axıdılması isə XX əsrin ən böyük neft sızması kimi qiymətləndirilir. 1994-cü ildə Rusiyanın Komi Respublikasında baş verən Usinsk neft qəzası da böyük ərazilərin çirklənməsinə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.