
Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib.
1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.