Bu gün, 14:48 77

"Şəki yaylası"nda iki nəfərin ölümü ilə nəticələnən faciədən sonra hadisənin səbəbləri və məsuliyyət məsələsi ətrafında müxtəlif fikirlər səsləndirilir. Hadisənin texniki nasazlıqla əlaqələndirilməsi ilə yanaşı, obyektin təhlükəsizlik qaydalarına əməl edib-etmədiyi ilə bağlı da ciddi suallar yaranıb.

BAKU.WS Axar.az-a istinadən xəbər verir ki, yeni məlumat isə bu məsələyə tamam başqa prizmadan baxmağa əsas verir.

Redaksiyaya müraciət edən şəxsin təqdim etdiyi fotolara əsasən, "Şəki yaylası"nda istifadə olunan "ziplayn" avadanlıqlarında əlavə qoruyucu kəmərin istehsalçının nəzərdə tutduğu qaydada quraşdırılmadığı görünür.

Belə ki, hadisə zamanı yerə düşən şəxsin üzərində olan avadanlığın fotosunda hər iki halqanın rolikin alt hissəsinə bərkidildiyi əks olunur. Müraciət müəllifinin sözlərinə görə, əlavə qoruyucu kəmər məhz bu halqalardan biri vasitəsilə trosu əhatə edərək rolikin üzərində yerləşən xüsusi qulaqcığa bağlanmalı idi.

Bu sistemin məqsədi isə rolikdə nasazlıq baş verdiyi halda istifadəçinin trosdan asılı vəziyyətdə qalması və yerə düşməsinin qarşısını almaqdır.

Başqa sözlə, söhbət, sadəcə, qırılmış bir detalın olub-olmamasından yox, həmin detalın ümumiyyətlə düzgün quraşdırılmamasından gedir.

Müraciət müəllifi daha ciddi bir məqama da diqqət çəkir: Eyni quraşdırma üsulu hadisə zamanı istifadə olunan avadanlıqla məhdudlaşmayıb. "Şəki yaylası"nda "ziplayn"dan istifadə edən digər şəxslərin avadanlıqlarında da əlavə qoruyucu kəmərlərin rolikin alt hissəsinə bərkidildiyi görünür.

Əgər bu görüntülər və iddialar texniki araşdırma zamanı təsdiqlənərsə, o zaman məsələ yalnız bir avadanlığın nasazlığı kimi qiymətləndirilə bilməz.

Müraciət müəllifi bununla bağlı istehsalçı zavodun istifadəçi təlimatını da təqdim edib. Təlimatda əlavə qoruyucu kəmərin trosu əhatə etməklə rolikin üzərindəki xüsusi qulaqcığa bərkidilməsi göstərilir.

Lakin "Şəki yaylası"nda bunun əksinin tətbiq edildiyi görünür. Qoruyucu kəmər rolikin alt hissəsinə bərkidilmiş vəziyyətdə olub.

Daha bir məqam isə hadisə zamanı qopan detalın mahiyyəti ilə bağlıdır.

Müraciət müəllifinin sözlərinə görə, göy oxla göstərilən hissə əlavə qoruyucu kəmər deyil. Onun izahına əsasən, bu, obyekt tərəfindən plastik borunun iki yerə bölünməsi yolu ilə küstar üsulla hazırlanmış əyləc mexanizmidir və hadisə zamanı həmin mexanizm də lentdən qopub.

"Prokurorluğun materiallarında küstar üsulla hazırlanmış və lentdən qopmuş əyləc mexanizmi "əlavə qoruyucunun zədələnməsi" kimi qeyd edilib", - müraciətdə qeyd olunub.

Əgər bu məlumat doğrudursa, burada da ciddi sual yaranır: küstar üsulla hazırlanmış əyləc mexanizmi necə "əlavə qoruyucu" kimi təqdim edilib?

Çünki əlavə qoruyucu sistemin əsas funksiyası məhz rolikdə nasazlıq yarandıqda insanın trosdan asılı vəziyyətdə qalmasını təmin etməkdir. Bunun üçün nəzərdə tutulan sistem isə istehsalçının təlimatında konkret şəkildə göstərilib.

Digər tərəfdən, təqdim olunan görüntülər həmin quraşdırmanın yalnız faciə baş verən avadanlıqda olmadığını göstərirsə, araşdırmanın dairəsi də genişlənməlidir.

Əlavə qoruyucu kəmər niyə düzgün quraşdırılmayıb? Kim tərəfindən quraşdırılıb? İstehsalçının təlimatından niyə kənara çıxılıb? Eyni sistem digər istifadəçilərin avadanlıqlarında da tətbiq edilibsə, buna kim nəzarət edib?

Bu suallar cavablandırılmadan faciənin yalnız "texniki nasazlıq" kimi təqdim edilməsi hadisənin mümkün səbəblərinin mühüm hissəsini kölgədə qoya bilər.

Paylaş

Xəbər lenti

Əli Əsədov Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşdü Bu gün, 15:49 Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü Bu gün, 15:49 Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? Bu gün, 15:48 Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb Bu gün, 15:48 "Bu il 124 min şagird birinci sinifə qədəm qoyacaq" Bu gün, 15:48 Qırmızı işıqda yolayrıcına girən skuterçiləri MAŞIN VURDU - ANBAAN VİDEO Bu gün, 15:48 Nazir: "Tədrisi digər dillərdə olan siniflərdə Azərbaycan dili dərsləri artırılır" Bu gün, 15:48 Emin Əmrullayev: "Qarabağ Universiteti ötən illərə nisbətən daha yaxşı nəticələr göstərib" Bu gün, 15:48 Bakıda "Beer & Food Festival 2026" keçiriləcək Bu gün, 15:48 AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik" Bu gün, 14:48 Sabahdan Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı 35 dəqiqəyə endiriləcək Bu gün, 14:48 "Şəki yaylası" faciəsində yeni fakt Bu gün, 14:48 Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA Bu gün, 14:48 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi Bu gün, 13:48 Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib Bu gün, 13:48 FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb Bu gün, 13:48 Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır Bu gün, 13:48 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı Bu gün, 13:48 Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Avto FM ilə əməkdaşlıq memorandumu imzalayıb Bu gün, 13:48 Xəstəxanaya başqa şikayətlə getdi, ürəyindən iynə çıxdı Bu gün, 13:48 Hörmüz boğazı ilə bağlı kritik toplantı son anda təxirə salındı Bu gün, 13:48 İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 12:48 Bu halda kranla görülən bütün işlər dayandırılacaq Bu gün, 12:48 "McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi Bu gün, 12:48 Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir Bu gün, 12:48 "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub Bu gün, 12:48 Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb Bu gün, 12:48 Maliyyə nazirinə yeni müşavir təyin edilib Bu gün, 12:48 Sabahdan Bakı metrosunda intervallar azaldılır Bu gün, 12:48 Komaya düşən Sevda Məmmədzadənin qızı: "Artıq orqanları iflas edir" Bu gün, 12:48 QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir Bu gün, 11:50 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib Bu gün, 11:50 9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı Bu gün, 11:50 Əməkdar artist Yaqub Zurufçunun vəfatından 5 il ötür Bu gün, 11:50 İranın Baş prokuroru humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 11:49 Rusiya Dövlət Dumasından NATO ilə bağlı ittihamlara cavab: "Bu, isterika və təxribatdır" Bu gün, 11:49 DTX rəisi Əli Nağıyev Çinə gedib Bu gün, 11:49 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 11:49 TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər Bu gün, 11:48 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir Bu gün, 11:48 Dilarədən YENİ FOTOSESSİYA - "Azərbaycanın Türkan Şorayı"nı çəkirik Bu gün, 11:48 "Bakı Metropoliteni"ndə hərəkət interval üzrə bərpa olunub Bu gün, 10:48 TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək Bu gün, 10:48 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək Bu gün, 10:48 Fuad Əliyevə vəzifə verildi Bu gün, 10:48 Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi Bu gün, 10:48 Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR