
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) əməyin təhlükəsizliyi sahəsinə dair 22 yeni dövlət standartı qəbul edib.
BAKU.WS AZSTAND-a istinadən xəbər verir ki, yeni standartların tətbiqində məqsəd təhlükəli iş mühitində çalışan şəxslərin təhlükəsizliyinin təmin edilməsi, hündürlükdən yıxılma və yağlı səthlərdə sürüşmə risklərinin qarşısının alınması, eləcə də kimyəvi və radioaktiv mühitin, vibrasiya və mexaniki təsirlərin yaratdığı təhlükələrdən qorunmaq üçün fərdi mühafizə vasitələri üzrə vahid tələblər müəyyən edilməsidir.
Yeni standartların layihələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin bazasında təsis edilmiş "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.