
İran hakimiyyəti ABŞ ilə münaqişənin nizamlanmasına dair 18 iyun 2026-cı ildə imzalanmış memorandum üzrə öz öhdəliklərinin icrasını dayandırıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ictimaiyyətə açıqlamasında bildirib.
"Biz üzərimizə düşən öhdəliklərin icrasını dayandırmışıq. Hazırda bu şərtləri yerinə yetirmirik və diqqətimizi ölkəmizin müdafiəsinə yönəltmişik", - deyə "Tasnim" agentliyi Kazım Qəribabadinin sözlərindən sitat gətirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.