
Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov yenidən bildirib ki, hökumətə yalnız müdafiə naziri vəzifəsində qayıtmağa hazırdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
"Mən təklif olunan bütün variantlara görə Prezident Volodimir Zelenskiyə minnətdaram. Lakin bu gün dövlətdə döyüş meydanındakı hərbçilərdən başqa müharibənin gedişatını real olaraq müəyyən edən cəmi üç vəzifə var – Ukrayna Prezidenti, müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı. Məhz buna görə də mən müdafiə naziri vəzifəsindən başqa heç bir digər vəzifəyə razı olmuram", – M.Fyodorov jurnalistlərə bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.