25-07-2026, 23:48 1

Azərbaycanda idxal niyə kəskin azalıb?

2026-cı ilin ilk yarısında Azərbaycanın idxalı kəskin azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında ölkəyə idxal olunan malların ümumi statistik dəyəri 8.34 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.18 milyard dollar və ya 27.6% azdır.

Maraqlıdır ki, ümumi idxalın azalmasına baxmayaraq, maşın və avadanlıq idxalı 18,8%, ərzaq məhsullarının idxalı isə 6,9% artıb. Digər tərəfdən, ümumi geriləmənin əsas hissəsi "digər mallar" kateqoriyasında qeydə alınan 62 faizlik azalma ilə bağlıdır.

Bəs bu göstəricilər iqtisadiyyat üçün hansı mesajı verir? İdxaldakı azalma daxili istehsalın güclənməsinin göstəricisi, yoxsa investisiya və tələbatın zəifləməsinin nəticəsidir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"İdxalın azalması iqtisadi zəifləmə demək deyil"

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, idxalın azalması ölkə iqtisadiyyatı üçün ilk baxışdan müsbət görünsə də, bu tendensiyanın real iqtisadi əhəmiyyətini anlamaq üçün ümumi rəqəmləri deyil, konkret mal qruplarının statistikasını təhlil etmək lazımdır: "İdxaldakı kəskin geriləmənin arxasında sənaye avadanlıqlarının və ya iş yerləri üçün lazımi istehsal vasitələrinin çatışmazlığının dayandığı ehtimal edilə bilər. Lakin real statistika bunun tam əksini göstərir. Ölkəyə maşın, avadanlıq və mexanizmlərin idxalı 18.8% artaraq iki milyard dolları keçib və ümumi idxaldakı payı 24.1%-ə yüksəlib. Vergi ödəyicilərinin sayındakı artım fonunda istehsal vasitələrinin idxalının genişlənməsi onu göstərir ki, ümumi azalma iş yerlərinin bağlanması və ya sənayenin zəifləməsi ilə bağlı deyil. Əksinə, daxili bazarda iqtisadi aktivlik davam edir. Məsələn, geyim (4.4% azalma) və mebel (19.7% azalma) idxalındakı geriləmə daxili bazarda yerli istehsalın və sahibkarlığın inkişafının müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Lakin digər tərəfdən, ərzaq məhsullarının idxalının 6.9% artaraq 1.4 milyard dollara yaxınlaşması (xüsusən ət və süd məhsullarının fiziki həcmindəki ciddi artımlar) baza istehlak mallarında xarici bazardan asılılığın hələ də yüksək qaldığını göstərir".

"Əsas geriləmə "digər mallar" kateqoriyasında qeydə alınıb"

G.Hüseynova bildirib ki, xarici valyutanın ölkədən çıxışının üç milyard dollardan çox azalması milli valyutanın dayanıqlığı və tədiyyə balansı baxımından müsbət haldır: "İdxal olunan məhsulların strukturuna baxdıqda görürük ki, qara metallar, plastmas və ağac məmulatları kimi xammalyönümlü məhsulların idxal dəyəri artıb. Xammal və sənaye avadanlıqlarının ölkəyə gətirilməsinin artması gələcəkdə hazır məhsul istehsalı və ixrac potensialı yaradacağı üçün iqtisadi cəhətdən olduqca əhəmiyyətlidir. Təhlilin ən mühüm nəticəsi ondan ibarətdir ki, ümumi idxaldakı bu böyük azalma heç də kütləvi şəkildə yerli istehsalın sıçrayışı ilə bağlı deyil. İdxaldakı 3.2 milyard dollarlıq geriləmə mütləq şəkildə "digər mallar" kateqoriyasında baş verən 3.5 milyard dollarlıq (62%) kəskin çöküşlə əlaqədardır. Bu tendensiyanın davamlı olacağı təqdirdə iqtisadiyyat üçün risklər və imkanlar bütövlükdə həmin qrupun strukturundan asılıdır. İstehlakyönümlü geyimdə azalma, sənaye avadanlıqlarında isə artım bazarı sağlamlaşdırsa da, 27.6%-lik ümumi azalmanın əsl təbiətini anlamaq üçün "digər mallar" kateqoriyasının detalları, istifadə şəraiti və bu əməliyyatların birdəfəlik, yoxsa uzunmüddətli xarakter daşıdığı mütləq araşdırılmalıdır".

"İdxal geriləyir, amma texnoloji avadanlıq axını davam edir"

İqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, cari ilin ilk yarısında ümumi idxalın 27.6% azalması, ixracın isə artması xarici ticarətdə müsbət saldonun artmasına səbəb olub: "Böyük ehtimalla, investisiya məqsədilə saxlanılan qızılın bir hissəsi qiymətlərin yüksək olduğu dövrdə satılaraq ixrac edilib və bu da xarici ticarət saldosuna öz ciddi müsbət təsirini göstərib. İdxalın kəskin azalmasının əsas səbəbinə gəldikdə, ilkin ehtimallar bunu işğaldan azad edilmiş ərazilərdəki genişmiqyaslı bərpa-quruculuq işlərinin və infrastruktur layihələrinin mühüm bir hissəsinin yekunlaşması ilə əlaqələndirilir. Gözlənilirdi ki, əvvəlki illərdən fərqli olaraq, əsaslı investisiyayönümlü texnologiya və avadanlıq idxalı azalacaq. Lakin rəsmi gömrük statistikası fərqli mənzərə ortaya qoyur. Ölkəyə maşın, avadanlıq və mexanizmlərin idxalı azalmayıb, əksinə, 18.8% artaraq iki milyard dolları ötüb. Bu isə onu göstərir ki, ölkədə infrastruktur, sənaye və əsaslı investisiyalar üçün texnoloji təchizat hələ də yüksək sürətlə davam edir".

"Yerli istehsal artsa da, ərzaq idxalından asılılıq qalır"

C.İbrahimli bildiribki, bu tendensiyanın ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə gəldikdə, azalmanın arxasında yatan real amillər önəmlidir. Şübhəsiz ki, ölkədə daxili istehsalın artımı tendensiyası mövcuddur: "Məsələn, mebel (19.7%) və geyim (4.4%) idxalındakı geriləmə məhz yerli istehsalın daxili bazarı əvəzləməsi ilə izah oluna bilər. Bu, iqtisadi inkişaf və böyümə imkanları baxımından olduqca müsbət haldır. Lakin ərzaq idxalının (xüsusən ət və süd məhsulları) 6.9% artması göstərir ki, daxili istehsaldakı sıçrayış bütün sektorları, xüsusilə də baza istehlak mallarını hələ ki, tam əhatə etmir. Statistika təsdiq edir ki, hazırkı vəziyyətdə idxaldakı bu ciddi azalmanın əsas səbəbi investisiya layihələrinin bitməsi deyil. Geriləmənin demək olar ki, tamamı birbaşa "digər mallar" kateqoriyasında baş verən 62%-lik (təxminən 3.5 milyard dollar) kəskin düşüşlə bağlıdır. Yəni, iqtisadi mənzərəni doğru qiymətləndirmək üçün xüsusi olaraq bu spesifik kateqoriyadakı azalmanın təsnifatı araşdırılmalıdır".

Paylaş

Xəbər lenti

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Bu gün, 18:48 Türkiyədə "Airbus A340" sərnişin təyyarəsi alovlandı Bu gün, 18:48 Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA Bu gün, 18:48 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var" Bu gün, 18:48 ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı Bu gün, 17:48 Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib Bu gün, 17:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub Bu gün, 17:48 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı Bu gün, 17:48 Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb Bu gün, 17:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib Bu gün, 17:48 Namiq klip çəkilişi zamanı yaşadığı qorxu dolu anlardan danışdı Bu gün, 17:48 2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı Bu gün, 16:48 Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb Bu gün, 16:48 Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb Bu gün, 16:48 Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb Bu gün, 16:48 Bakıda avtomobilə hücum edən qadın barədə DİN-dən AÇIQLAMA Bu gün, 16:48 Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib Bu gün, 16:48 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib Bu gün, 15:48 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı Bu gün, 15:48 Həyat yoldaşından 64 yaşlı Seda Sayana: "Ay kimisən, sevgilim!" Bu gün, 15:48 Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu? Bu gün, 15:48 Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək Bu gün, 15:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununu keçirib Bu gün, 15:48 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? Bu gün, 14:48 Azərbaycandan Ermənistana növbəti qatar yola düşdü Bu gün, 14:48 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib Bu gün, 14:48 Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI Bu gün, 14:48 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır Bu gün, 14:48 Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir - Toy bu tarixdə olacaq Bu gün, 14:48 Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışının qalibi müəyyənləşdi Bu gün, 13:48 Azərbaycanda kinooperator vəfat etdi Bu gün, 13:48 "Sabah" klubu 10 milyon manatlıq layihə həyata keçirəcək Bu gün, 13:48 "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb Bu gün, 13:48 Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm" Bu gün, 13:48 Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI Bu gün, 12:48 İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu Bu gün, 12:48 Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq Bu gün, 12:48 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi Bu gün, 12:48 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir Bu gün, 12:48 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI Bu gün, 11:48 Özbəkistanda kişi yaşadığı binanın zirzəmisində köpəkbalıqları yetişdirib Bu gün, 11:48 Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir Bu gün, 11:48 Bakıda qadın avtomobilə hücum edib, parçalamağa çalışdı - ANBAAN VİDEO Bu gün, 11:48 Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq Bu gün, 11:48 Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 104 dollara enib Bu gün, 10:48 Mərhum Xalq artisti Səyavuş Aslanın doğum günüdür Bu gün, 10:48 Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR