
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib - 5:2.
İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
*** 13:58
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatındakı ikinci görüşündə qələbə qazanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda polşalı Şimon Trederi üstələyib.
Görüş 1:1 hesabı ilə bitsə də, Azərbaycan idmançısı sonuncu xal prinsipinə əsasən qalib elan edilib.
İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.