
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.
İstefanın səbəbi kimi sağlamlıq vəziyyəti göstərilib.
"Baş nazirlə məsləhətləşdikdən sonra mədəniyyət naziri postundan istefa vermək qərarına gəldim. Sağlamlıq vəziyyətimlə əlaqədar mənə təcili müalicə kursu lazım olacaq ki, bu da vəzifələrimi lazımi şəkildə icra etməyimə imkan verməyəcək", – məlumatda qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.