
Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Qeyd edilib ki, hadisə ötən gecə saat 02:30 radələrində Zığ-Hövsan körpüsünün altında, MİDA Hövsan yaşayış kompleksinin və "Akkord" qarajının yaxınlığında baş verib.
77-NK-513 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı avtomobilin sürücüsü təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən həyatını itirib.
Bildirilir ki, dünyasını dəyişən şəxsin adı Nicatdır və Hövsan sakinidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.