
Göygöl rayonu Toğanalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
AVESTA.AZ xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Toğanalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (iki kişi, bir qadın) iyulun 29-da saat 10:30-da Göygöl Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin küt travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardım göstərilib. İxtisaslaşmış tibbi müayinə və müalicənin davam etdirilməsi məqsədilə hər üç pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda pasiyentlər instrumental-diaqnostik müayinələrə cəlb olunublar, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
*** 12:54
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə-Gəncə-Göygöl-Hacıkənd-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qarşısına çıxan piyadanı vuran "Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə piyada və maşında olan iki nəfər xəstəxanaya yerləşdiriliblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.