
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında xüsusi texnika və nəqliyyat vasitələrinin istehsal və yığımı layihəsi həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə report-a agentlikdən bildirilib.
Məlumata görə, bu məqsədlə "RAM İndustries" MMC-yə Parkın rezidenti statusu verilib.
İnvestisiya dəyəri 44,9 milyon manat olan layihə çərçivəsində 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.