
Serbiyada baş tutacaq "Balkan Boxing 11" döyüşündə Azərbaycanı Rəhim Əliyev təmsil edəcək.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, döyüş avqustun 29-da Belqraddakı "Lojionitsa" mərkəzində baş tutacaq.
Yarım ağır çəki dərəcəsində gücünü sınayacaq azərbaycanlı idmançı serbiyalı boksçu Aleksandar Konovalova qarşı mübarizə aparacaq.
Xatırladaq ki, iki idmançı daha əvvəl 2021-ci ildə üz-üzə gəlib və həmin döyüşdə azərbaycanlı idmançı aldığı zədə səbəbindən məğlub olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.