27-08-2026, 18:48 154

Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib

Beynəlxalq mediaforumun iştirakçıları Səmərqənddəki Şahi-Zində arxeoloji-memarlıq memorial kompleksi-nekropolunu, həmçinin Mirzə Uluqbəy muzey-kompleksini ziyarət ediblər.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, iştirakçılar şəhərin ən qədim memarlıq ansambllarından birinin tarixi, eləcə də görkəmli alim və astronom Mirzə Uluqbəyin elmi irsi ilə tanış olublar.

Şahi-Zində kompleksi Səmərqəndin 25 əsrlik tarixini əks etdirən unikal memarlıq ansamblıdır. Yerli sakinlər onu "qəbiristanlıq-küçə" adlandırırlar. Ansambla 11 məqbərə, məscid və digər tikililər daxildir.

Ekskursiya zamanı iştirakçılara məlumat verilib ki, arxeoloji qazıntıların nəticələrinə əsasən Şahi-Zindənin ilk tikililəri XI–XII əsrlərə aiddir.

Kompleksdə Məhəmməd peyğəmbərin əmisi oğlu Qusam ibn Abbasın türbəsi xüsusi yer tutur. Tərcüməsi "Yaşayan şah" mənasını verən Şahi-Zində adı əfsanəsi məhz onun adı ilə bağlıdır. Rəvayətə görə, Qusam yerli əhalini İslamla tanış etmək üçün 676-cı ildə Səmərqəndə gəlib.

İştirakçılar məqbərələrin zəngin dekorativ tərtibatına diqqət yetiriblər. Burada mavi və digər çalarlarla yanaşı rast gəlinən qırmızı rəng xüsusi marağa səbəb olub. Ekskursiya zamanı bildirilib ki, orta əsrlərdə qırmızı rəngin əldə edilməsi çətin idi, buna görə də o, nadir rəng hesab edilirdi. Bundan əlavə, qırmızı qanla assosiasiya olunurdu.

Uulduz formasında kompozisiyalar da maraq doğurur. Bəzi kitabələr ərəb və fars dillərindədir və oxunması üçün xüsusi hazırlıq tələb edən mürəkkəb xəttatlığı ilə seçilir.

İştirakçılara şiə imamlarının adlarına rast gəlinən kompozisiyalar barədə ayrıca məlumat verilib. Bu, Teymurilər dövrünün mürəkkəb və tam olaraq öyrənilməmiş dini və mədəni xüsusiyyətlərinə diqqət yetirməyə əsas verdi.

İki adsız məqbərə kompleksin özünəməxsus sirri olaraq qalır. Versiyalardan birinə görə, onlar Səmərqəndin qədim mədrəsələrindən birinin qalıqları ilə bağlı ola bilər.

Şahi-Zindənin ən parlaq abidələrindən biri Əmir Teymurun kiçik həyat yoldaşı Tuman-Ağanın məqbərəsidir. Digər tikililərin əksəriyyətində mavi çalarlar üstünlük təşkil etdiyi halda, o, bənövşəyi rəngi ilə seçilir.

Ansamblda həmçinin böyük alim-astronom, Uluqbəyin dostu və silahdaşı Qazızadə Ruminin məqbərəsi də yerləşir. O, əsilzadə nəslinə mənsub deyildi, lakin zəmanəsinin görkəmli alimi idi. Hörmət əlaməti olaraq Uluqbəy onun məqbərəsini digər türbələrdən daha hündürdə tikdirib.

Sənətşünasların "Şahi-Zindənin incisi" adlandırdıqları Şadi-Mülk-Ağa məqbərəsi xüsusi yer tutur. Teymurun erkən vəfat etmiş bacısı qızı üçün 1327-ci ildə ucaldılan bu məqbərə çoxlu sayda keramika elementləri, mürəkkəb naxışlar və tağın üzərindəki üzüm tənəyi təsviri ilə fərqlənir.

Daha bir abidə Əmir Teymurun bacısına məxsus olan Şirin-Bəy-Ağa məqbərəsidir. O, müxtəlif rəngli oyma naxışlı mozaika, ornamentlər və mənzərəli pannoları ilə seçilir.

Şahi-Zindəni ziyarət etdikdən sonra mediaforum iştirakçıları Mirzə Uluqbəy muzey-kompleksinə baş çəkib, burada görkəmli alimin elmi fəaliyyətinin tarixi, onun XV əsrə aid məşhur rəsədxanasının qorunub saxlanılmış fraqmentləri ilə tanış olublar.

Muzeyin ekspozisiyasında Mirzə Uluqbəy dövründə astronomiya və elmin inkişafına dair materiallar, eləcə də Uluqbəy və Teymurilər dövrünə aid əşyalar, tarixi astronomik və riyazi alətlər, kitablar və əlyazmalar, arxeoloji tapıntılar və alimin elmi irsi ilə bağlı materiallar təqdim olunub.

Mirzə Uluqbəy rəsədxanasının qorunub saxlanılmış hissəsi iştirakçılarda xüsusi təəssürat yaradıb. Tikili 1424–1428-ci illərdə Səmərqənd ətrafındakı Kuhak təpəsində inşa edilib. Onun qalıqları 1908-ci ildə arxeoloq V. L.Vyatkin tərəfindən aşkar edilib.

Rəsədxananın əsas hissəsi nəhəng bucaqölçən alət - sekstant və ya kvadrant idi. Onun qorunub saxlanılmış yeraltı hissəsi bu gün də kompleksin ərazisində yerləşir. Bu alətin köməyi ilə alimlər Günəş, Ay və digər səma cisimlərini müşahidə edirdilər.

Paylaş

Xəbər lenti

"Azeri Light" neftinin qiyməti 131 dolları ötüb Bu gün, 10:48 Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda motosiklet və skuter sürücülərinin törətdiyi qəzadan GÖRÜNTÜLƏR Bu gün, 10:48 AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb Bu gün, 10:48 Qara dənizdə PUA hücumuna məruz qalan gəminin heyətində 8 azərbaycanlı olub Bu gün, 10:48 NATO nümayəndələri Heydər Əliyev Mərkəzi və Zəfər Muzeyini ziyarət ediblər Bu gün, 10:48 Aşıq Zülfiyyə: "Bütün ailələrə gəlinim kimi gəlin qismət olsun" Bu gün, 10:48 İki prokurorluq əməkdaşı hakim təyin edildi Bu gün, 10:48 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb Bu gün, 09:48 Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər Bu gün, 09:48 Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb Bu gün, 09:48 Aeroport şosesində qəza baş verib, tıxac yaranıb Bu gün, 09:48 Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq Bu gün, 09:48 Haaland "Mançester Siti"dən ayrılıb "Barselona"ya keçə bilər Bu gün, 09:48 "Sabah" bu gün Çempionlar Liqasında "Slaviya Praqa" ilə qarşılaşacaq Bu gün, 09:48 Bakının bu rayonlarında işıq olmayacaq Bu gün, 08:48 IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir Bu gün, 08:48 Bakı metrosunda böyük yenilik: Milyonlarla dollar kredit ayrıldı Bu gün, 08:48 IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib Bu gün, 08:48 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı Bu gün, 08:48 İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR