
"Yeni ailə quran cütlüklərin ayrı yaşaması daha məqsədəuyğundur. Belə olduqda onlar həyatın qədrini daha yaxşı anlayar və çətinliklərə daha tez alışarlar. Valideynlərlə bir evdə yaşayanda istər-istəməz dəstək olurlar, amma müstəqil olmaq hər zaman daha yaxşıdır".
AVESTA.AZ xəbər verir ki, bu sözləri "Qonaqcanlı" verilişinə qonaq olan aşıq Zülfiyyə deyib.
O bildirib ki, hər bir gəlin köçdüyü evə onun qayda-qanunlarına uyğunlaşmalıdır.
Sonda isə aşıq Zülfiyyə "Arzu edirəm ki, bütün ailələrə gəlinim kimi gəlin qismət olsun. Mən gəlinimdən çox razıyam" -deyə gəlini Xuramanı tərifləyib.
Xatırladaq ki, aşıq Zülfiyyənin müğənni oğlu Babək Xurman adlı xanımla 2014-cü ildə ailə qurub. Onların iki övladı var.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.