Bu gün, 09:48 62

Arzu Əliyeva və Alyona Əliyeva

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında "44" filminin saundtrekini dinləyiblər. Musiqinin yaratdığı təsirli ovqat ekranda Azərbaycan xalqının Zəfərə aparan yolunu əks etdirən sənədli xronika ilə müşayiət olunub. Xronikada Azərbaycanın ərazi bütövlüyü uğurundakı mübarizə dövrü, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azad olunmasına yönəlik siyasəti, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinə dair videomateriallar təqdim edilib.

"44" bədii filminin çəkiliş prosesi barədə statistik məlumatları əks etdirən videoçarx göstərildikdən sonra ekran əsəri nümayiş olunub.

Film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır. Ekran əsərində əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq, filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir. "44" sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir. "44" filmi Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ,Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn "44" bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindəndir.

Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov, İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimovdur.

Ekran əsəri ssenarinin işlənməsindən postprodakşn mərhələsinədək 5 il ərzində ərsəyə gəlib. Belə ki, bədii ssenari və rejissor ssenarisinin yazılması 2 il, çəkilişlərə hazırlıq işlərinə 1 il, çəkilişlər 14 ay, postprodakşn işləri isə 1 il davam edib. Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Hərbçilər, kütləvi səhnələrin iştirakçıları, epizodik rolları canlandıran aktyorlar, cəlb olunan mütəxəssislər nəzərə alındıqda isə layihə iştirakçılarının sayı bir neçə min nəfərə çatıb. Layihəyə müxtəlif istiqamətlər üzrə 198 mütəxəssis dəvət olunub. Filmin çəkilişlərində 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor, həmçinin kütləvi səhnələri canlandıran 2000-dək heyət iştirak edib. Aktyorlar sırasında, eyni zamanda Vətən müharibəsi iştirakçıları var.

Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib. Filmdə Ordumuzun bütün qoşun və qüvvə növləri iştirak edib.

Ekran əsərinin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. Ümumilikdə isə çəkilişlər 130-dan çox məkanı əhatə edib.

Filmin istehsalında 150-dən çox hərbi texnika, aviasiya, avtomobil, silah və xüsusi təyinatlı avadanlıqlardan istifadə olunub. Çəkilişlərə tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəş sistemləri, artilleriya sistemləri, döyüş helikopterləri, pilotsuz uçuş aparatları, mühəndis texnikası və zirehli avtomobillər, həmçinin atıcı silahlar, pulemyotlar, snayper tüfəngləri, qumbaraatanlar, tank əleyhinə raket kompleksləri və minaatanlar cəlb edilib. Genişmiqyaslı döyüş səhnələrinin real canlandırılması üçün müxtəlif növ 300 min təlim və döyüş patronu, yüzlərlə təlim sursatı, eləcə də xeyli miqdarda pirotexnika, tüstü effektləri, partlayıcı maddələr və xüsusi kaskadyor avadanlıqlarından istifadə olunub.

112 saatlıq çəkiliş materiallarının montajı 1 il davam edib və nəticədə 2 saat 38 dəqiqəlik film ərsəyə gəlib.

Layihənin reallaşmasına müxtəlif mərhələlərdə beynəlxalq mütəxəssislər də cəlb olunub. Kaskadyorluq, tryuk səhnələrinin quruluşu, pirotexniki effektlər, çəkiliş meydançasında səs yazılışı, operator dəstəyi, qrim işləri, musiqinin yazılışı, səs miksi, səs dizaynı, kompüter qrafikasının yaradılması, rəng korreksiyası və görüntünün yekun emalı, eləcə də premyera nümayişi üçün texniki avadanlıqların təchizatı 13 ölkədən - ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər tərəfindən həyata keçirilib. Filmin kompüter qrafikası işləri ukraynalı mütəxəssislərlə birgə Estoniyanın 3D qrafika, kompüter animasiyası və vizual effektlər üzrə ixtisaslaşmış "UMP" studiyasında aparılıb və heç bir süni intellekt məhsulundan istifadə olunmayıb.

Filmin postprodakşn mərhələsi, rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri Polşanın bu sahədə ixtisaslaşmış "Dolby Vision" sertifikatlı "FixaFilm" studiyasında reallaşıb.

Ekran əsərinin istehsalı zamanı əlçatanlığın təmin olunmasına xüsusi diqqət yetirilib və müasir texnologiyaların tətbiqi ilə görmə imkanları məhdud tamaşaçılar üçün filmin tifloşərhli versiyası hazırlanıb.

Filmin premyerası üçün Almaniya-Avstriya birgə şirkəti olan "Lang AG"dən müasir ixtisaslaşmış proyeksiya ekranı alınıb, Almaniyanın "BIG cinema" şirkətindən isə DCP formatında filmlərin nümayişini dəstəkləyən sistemi olan müasir texnologiyalı kinoproyektor icarəyə götürülüb. Bu texnologiya belə miqyasda bədii filmin yüksək keyfiyyətdə nümayişi üçün Azərbaycanda ilk dəfə istifadə olunub. Nümayiş zamanı, həmçinin yüksək səs keyfiyyəti yaradan müasir sistemlər tətbiq edilib.

Ekran əsərinin premyerası münasibətilə çəkiliş prosesini, arxiv materiallarını, yaradıcı komandanın işini əks etdirən fotolar və məlumatlardan ibarət nəşr, eləcə də məhdud sayda xatirə hədiyyə dəstləri hazırlanıb.

Filmin təqdimatından sonra şəhid ailələri, İkinci Qarabağ müharibəsinin iştirakçıları, həmçinin yaradıcı və texniki heyət səhnəyə dəvət olunub, çıxış ediblər.

"44" bədii filminin beynəlxalq səviyyədə tanıdılması məqsədilə gələcəkdə xarici ölkələrdə nümayişi, eləcə də kinofestivallarda iştirakı nəzərdə tutulur.

Film oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş olunacaq.

Paylaş

Xəbər lenti

"Azeri Light" neftinin qiyməti 131 dolları ötüb Bu gün, 10:48 Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda motosiklet və skuter sürücülərinin törətdiyi qəzadan GÖRÜNTÜLƏR Bu gün, 10:48 AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb Bu gün, 10:48 Qara dənizdə PUA hücumuna məruz qalan gəminin heyətində 8 azərbaycanlı olub Bu gün, 10:48 NATO nümayəndələri Heydər Əliyev Mərkəzi və Zəfər Muzeyini ziyarət ediblər Bu gün, 10:48 Aşıq Zülfiyyə: "Bütün ailələrə gəlinim kimi gəlin qismət olsun" Bu gün, 10:48 İki prokurorluq əməkdaşı hakim təyin edildi Bu gün, 10:48 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb Bu gün, 09:48 Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər Bu gün, 09:48 Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb Bu gün, 09:48 Aeroport şosesində qəza baş verib, tıxac yaranıb Bu gün, 09:48 Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq Bu gün, 09:48 Haaland "Mançester Siti"dən ayrılıb "Barselona"ya keçə bilər Bu gün, 09:48 "Sabah" bu gün Çempionlar Liqasında "Slaviya Praqa" ilə qarşılaşacaq Bu gün, 09:48 Bakının bu rayonlarında işıq olmayacaq Bu gün, 08:48 IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir Bu gün, 08:48 Bakı metrosunda böyük yenilik: Milyonlarla dollar kredit ayrıldı Bu gün, 08:48 IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib Bu gün, 08:48 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı Bu gün, 08:48 İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR