
Azərbaycan ilə NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub.
Bu barədə AVESTA.AZ-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir planına uyğun olaraq, istirahət günlərində qonaqlar Bakı şəhərinin tarixi-mədəni məkanları və muzeyləri ilə tanış olublar.
Heydər Əliyev Mərkəzini və Zəfər Muzeyini ziyarət edən nümayəndə heyətləri zəngin təəssüratlarla ayrılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.