
"Azərbaycanın dünyəvi dövlət olması Konstitusiya ilə təsbit edilib və ölkənin təhsil mühitində də bu prinsiplərin qorunması mühüm əhəmiyyət daşıyır".
AVESTA.AZ Baku TV-yə istinadən xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli bildirib.
Deputat qeyd edib ki, Azərbaycan xalqı tarixən dünyəvi və tolerant dünyagörüşünə malik olub.
O bildirib ki, Şərqdə qadınlara ilk dəfə seçki hüququ verən ölkənin Azərbaycan olması xalqımızın maarifçilik ənənələrinin və mütərəqqi düşüncəsinin göstəricisidir.
"Təhsil ayrı-ayrı dini baxışların, inancların və dünyagörüşlərinin ortaya qoyulması üçün bir yer deyil. Məktəb Azərbaycan xalqının gələcəyini müəyyənləşdirən, birgəyaşayışın ilkin modelini ortaya qoyan əsas institutlardan biridir. Burada insanlar fərqli dünyagörüşlərinə baxmayaraq, eyni yanaşma ilə təhsil almaq və milli dünyagörüşünə yiyələnmək istiqamətində birləşirlər", - deyə deputat vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.