
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi (BBSM) məlumat yayıb.
Bildirilib ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb.
BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindəki fəaliyyətinə görə minnətdarlığını bildirib və o, təşəkkürnamə ilə təltif edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.