
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.
***20:52
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki dörd rəqibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) və "Borussiya" (Dortmund, Almaniya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal" və "Mançester Yunayted"lə (hər ikisi İngiltərə) səfərdə qarşılaşacaq.
***20:41
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk rəqibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki Azərbaycan təmsilçisi "Barselona" ilə qarşılaşacaq.
Məlumata görə, görüş Bakıda keçiriləcək.
***20:01
UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə turnirdə mübarizə aparacaq 36 klubun rəqibləri müəyyənləşdirilir.
Azərbaycan çempionu "Sabah" isə püşkatmaya 4-cü səbətdən qatılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.