Dünən, 22:48 98

Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarestdəki "Club Diplomatic" sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

AVESTA.AZ xəbər verir ki, mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, bir çox deputat və senatorlar, ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar icmasının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri, Rumıniyada təhsil alan və məskunlaşmış həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Səfir 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığını, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü, işğal altında olan şəhərlərin, kəndlərin bütövlüklə xarabaya çevrildiyini, BMT-nin məlum 4 qətnaməsinin icra olunmadığını bildirib.

Diplomat Azərbaycan xalqının heç vaxt tarixi ədalətsizliklə barışmadığını, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordunun Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib.

Eyni zamanda, münaqişədən sonrakı dövrdən söz açan səfir Qarabağın günü-gündən dirçəlməsini, regionda miqyaslı quruculuq-bərpa işlərinin, beynəlxalq layihələrin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin diplomat qeyd edib ki, Azərbaycanın zəfəri regiona davamlı sülh gətirib və əslində bölgə xalqlarının ümumi qələbəsi kimi qiymətləndirilməlidir. Belə ki, qələbə sayəsində region xalqlarının daimi dinc birgəyaşayışı üçün möhkəm zəmin yaradılıb.

Tədbirdə əsas qonaq qismində iştirak edən Rumıniya Senatının sədri Mirça Abrudean 8 noyabr gününün Azərbaycan tarixində tutduğu yerə toxunub, onun Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açdığını bildirib. O diqqətə çatdırıb ki, Rumıniya Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır, iki ölkə arasında dostluq münasibətləri ümumi strateji maraqlara və qarşılıqlı inama söykənir.

M.Abrudean qeyd edib ki, hazırkı beynəlxalq münasibətlər sistemində regional və beynəlxalq təhlükəsizliyə təhlükələr çoxalıb və bu kontekstdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin, eləcə də anlaşmazlıqların diplomatik səylər yolu ilə həll olunmasının vacibliyi daha da önə çıxıb. Hazırkı tarixi məqamın Cənubi Qafqaz üçün yeni dəyişikliklər dövrünün başlanğıcını təmsil etdiyini vurğulayan Senat sədri artıq regionun iqtisadiyyat, enerji və nəqliyyat layihələrinin inkişafı ilə yad edilməsinin vaxtının çatdığını bildirib.

Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunmuş qısa videoçarx nümayiş edilib.

Tədbir iştirakçıları eləcə də Azərbaycan xalqının Zəfərinə, habelə işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərinə, mina probleminə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.

Paylaş

Xəbər lenti

Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb" Dünən, 23:48 Leyla Əliyeva "Sayrışan simvollar" adlı sərgidən paylaşım edib Dünən, 23:48 Şəhid anası qəzada həlak oldu Dünən, 23:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Azərbaycanlı izlərinin silindiyi Saral kəndi Dünən, 23:48 Ankarada Azərbaycanın Zəfər günü qeyd olunub Dünən, 23:48 "Binance" hakerlərin 6 mlrd dollarlıq kriptovalyuta oğurluğu sxeminin detallarını açıqlayıb Dünən, 23:48 Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı Dünən, 23:48 Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Dünən, 22:48 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı Dünən, 22:48 Autizmli şəxslərdə parkinsonizm riski daha yüksəkdir - ARAŞDIRMA Dünən, 22:48 İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı Dünən, 22:48 ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib Dünən, 21:48 Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib Dünən, 21:48 İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb Dünən, 21:48 ABŞ İrana nüvə zərbəsi endirəcək? Dünən, 21:48 İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır" Dünən, 21:48 Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı Dünən, 21:48 Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər Dünən, 20:48 İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar Dünən, 20:48 Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar Dünən, 20:48 Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb Dünən, 19:48 AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir Dünən, 19:48 Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır Dünən, 19:48 Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır Dünən, 19:48 Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib? Dünən, 19:48 2027-ci ilsə öz yarını tapacaq 5 BÜRC Dünən, 18:48 Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI Dünən, 18:48 20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!" Dünən, 18:48 ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək Dünən, 18:48 Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı Dünən, 18:48 Gəncədə avtomobil mopedlə toqquşdu - Xəsarət alan var Dünən, 18:48 Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən həbsə düşdü Dünən, 18:48 Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı Dünən, 17:48 SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb Dünən, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Dünən, 17:48 Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi Dünən, 17:48 Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib Dünən, 17:48 Faiq Ağayev: "Bəzi müəllimlər hazırlıq keçsin deyə, şagirdlərə biliyi az verir" Dünən, 17:48 Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat Dünən, 17:48 Bakıda qadın "TikTok"da canlı yayımda öldü Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin ifadəsi AÇIQLANDI Dünən, 17:48 "Arka Sokaklar"ın aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı Dünən, 17:48 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Dünən, 17:48 "Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır Dünən, 16:48 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:48 Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş? Dünən, 16:48 Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var... Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR